SON XƏBƏRLƏR

İnzibati Komitə Güney Azərbaycan komandalarını cərimələdi

2021.10.20, 07:36
İnzibati Komitə Güney Azərbaycan komandalarını cərimələdi

Gunaz.tv

GünAz TV: İran Futbol Federasiyasının İnzibati Komitəsi Təbrizin “Traxtur” və “Qostəreşe fulad” futbol komandalarını növbəti dəfə cəzalandırıb.

 

İnzibati Komitə “Traxtur” komandası ilə Tehranın “Neft” takımı arasında keçirilən görüşlə bağlı dəxlisiz qərar çıxarıb. Məlumata görə, komitə “Traxtur” tərəfdarlarını rəqib klubun texniki heyəti və klub rəhbərliyini təhqir etməkdə ittiham edərək Azərbaycan klubunu 50 milyon tümən məbləğində cərimə ödəməyə məhkum edib.

 

Təbrizin digər komandası “Qostəreşe fulad” da İnzibati Komitə tərəfindən 10 milyon tümən məbləğində cərimə ödəməyə məhkum edilib. Elan olunan qərara əsasən, klub tərəfdarları Xuzistanın “Fulad” komandasının oyunçusunu təhqir etməkdə ittiham olunub.

 

İnzibati Komitə, tərəfdarları islah olunmayacağı təqdirdə “Qostəreşe fulad”ın daha ağır cəzalarla üzləşəcəyini bildirib.

 

İran Futbol Federasiyası İnzibati Komitənin Azərbaycan komandalarına qarşı ədalətsiz qərarlar çıxarması yeni hadisə deyil. Bu səbəbdən “Traxtur” tərəfdarları “İran Federasiyası – Azərbaycanın düşməni” şüarını dəfələrlə  səsləndiriblər.

 

İnzibati Komitənin Azərbaycan və fars komandaları arasında etdiyi ayrı-seçkilik faktına son günlərdə də şahid olduq.

 

Məlum olduğu kimi, 2017-cı il dekabrın 29-da Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” komandası ilə Təbrizin “Traxtur” takımı arasında görüş keçirilib. Super liqa yarışlarının 17-ci həftəsində keçirilən görüşdə “Perspolis”in 60 min fars tərəfdarı öncədən planlaşdırılmış bir şəkildə 90 dəqiqə Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirdilər.

 

"Traxtur"-"Perspolis" görüşü

 

Məsələ ilə bağlı Azərbaycan klubu İran Futbol Federasiyasının İnzibati Komitəsinə şikayət etdi. Budan sonra İnzibati Komitə baş verən hadisələrlə bağlı şok qərar çıxardı.

Tehran komandasının tərəfdarları öncədən planlaşdırılmış bir şəkildə Azərbaycan türk millətinin ünvanına ağır söyüşlər səsləndirdiyi halda, “Perspolis” yalnız bir oyun tamaşaçısız oynamağa və 150 milyon rial cərimə ödəməyə məhkum edildi. Qərara əsasən, açıq-aşkar təhqirə məruz qalan “Traxtur” klubu da 150 milyon rial cərimə ödəməyə məhkum edildi.

 

İnzibati Komitənin qərarı açıqlandıqdan sonra “Traxtur” klubu dərhal qərara etiraz etdi. Etiraza məhəl qoyulmadığından klub məsulları ötən günlərdə yenidən inzibati komitəyə etiraz etməli oldular. Azərbaycan klubu çıxarılan qərarın FİFA qanununlarına uyğun gəlmədiyini vurğulayaraq məsələyə yenidən baxılması və ədalətli qərarın çıxarılmasını tələb edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar