SON XƏBƏRLƏR

İordaniya Kralı, İranın region ölkələrinin daxili işlərinə qarışmasının müharibəyə gətirib çıxaracağı barədə xəbərdarlıq edib

2021.10.20, 07:36
İordaniya Kralı, İranın region ölkələrinin daxili işlərinə qarışmasının müharibəyə gətirib çıxaracağı barədə xəbərdarlıq edib

Gunaz.tv

GünAzTV: Yanvarın 25-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən İordaniyanın Kralı II Abdullah, İranın region ölkələrinin daxili işlərinə qarışmasının sonrakı fəsadlarından danışıb.

 

Kral II Abdullah, İranı bölgədə ekspansionist siyasəti yürütməkdə və regionun sektaçı hərbi qruplaşmalarına dəstəkdə günahlandırıb: “Hazırda, Səudiyyə Ərəbistanı regionda çox fəal bir rol oynayaraq İranın dəstəklədiyi sektaçı hərbi qruplaşmalarının ərəb ölkələrinin milli təhlükəsizliyinə qarşı yönəlmiş təhlükəsi qarşısında dayanıb. Bu gün biz, bölgədə bir İran hilalının formalaşmasının şahidiyik. Biz isə İordaniya Krallığında dindən siyasi məqsədlər uğrunda bir vəsilə kimi istifadə olunmasını rədd edir, buna yol vermirik.

 

Təəssüflər olsun ki, İranın xarici siyasəti, regionun digər ölkələrinin daxili işlərinə qarışmaq prinsipinə söykənir. Biz isə bölgədə mövcud olan ixtilaf və qarşıdurmaların danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıyıq və buna təkid edirik. Hazırda İranın regiondakı strategiyası, uzunmüddətli ekspansionist və müdaxiləçi siyasəti aparmaqdır. Bu isə qəbuledilməzdir. Hesab edirik ki, İranın bu siyasəti bölgədə müharibəyə gətirib çıxara bilər”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar