SON XƏBƏRLƏR

Güneyli milli fəallar məhkəmədə bəraət aldı

2021.12.14, 11:36
Güneyli milli fəallar məhkəmədə bəraət aldı

Gunaz.tv

Apellyasiya Məhkəməsinin ikinci bölməsinin çıxardığı qərara görə, fəallar Ulduz Qasimi, Cabbar Rahdar, Hadi Əfsəri, Qulamhüseyn Qərəcədağı, Puya Xudayi, Şayan Təqəvi, Yaşar Kazimi, Arif Muradpur, Əbülfəz Kəraməti və Hüseyn Yusifi barələrində irəli sürülən ittihamlardan bəraət alıblar. 

Verilən məlumata görə, dekabrın 13-də Ulduz Qasimi vəkili Əsgər Məhəmmədi ilə birlikdə Apellyasiya Məhkəməsinin ikinci bölməsinə müraciət etdikdə onun və başqa fəalların işi barədə məhkəmə iclasının keçirildiyi və barələrində irəli sürülən ittihamların qiyabi olaraq ləğv edildiyindən xəbər tutub. 

Bundan öncə Təbrizin Cəza Məhkəməsinin 111-ci bölməsi adı çəkilən milli fəallara qarşı “qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ictimai asayişi pozmaq, qanunsuz aksiyaya qatılmaqla vətəndaşların iş fəaliyyətlərinə, təhlükəsizliklərinə əngəl törətmək” ittihamı irəli sürmüşdü. 

Apellyasiya Məhkəməsi irəli sürülən ittihamlar üçün yetərli sübutlar olmadığını əsas gətirərək ilkin məhkəmənin hökmünün ləğv edilməsi barədə qərar verib. 

Qeyd edək ki, adı çəkilən fəallar iyulun 24-də Güney azərbaycanlıların İranda yaşayan Xuzistan (Əl-Əhvaz) ərəblərinin su qıtlığı ilə bağlı keçirdikləri aksiyalara dəstək mitinqinə qatıldıqları üçün həbs olunmuşdular. 

Onların bir çoxu ETTELAATY-ın təcridxanasında dindirildikdən sonra Təbriz zindanına köçürülmüş və sonradan girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmışdılar. 
Aksiyalar zamanı 150 nəfərə yaxın milli-mədəni fəalın saxlanıldığı bildirilirb. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar