SON XƏBƏRLƏR

İRAN ADLANAN ÖLKƏDƏ TƏLƏBƏLƏRIN HƏBSI DAVAM EDIR

2021.10.20, 07:36
İRAN ADLANAN ÖLKƏDƏ TƏLƏBƏLƏRIN HƏBSI DAVAM EDIR

Gunaz.tv
İRAN ADLANAN ÖLKƏDƏ TƏLƏBƏLƏRIN HƏBSI DAVAM EDIR DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə İranın bütün bölgələrində universitet tələbələrin həbsi davam etməkdədir. Yaxın neçə gün müddətində İran adlanan ölkədə universitetdə siyasi fəaliyyətlərinə görə 20-dən artıq öyrənci həbs edilərək naməlum istiqamətə aparılıblar. Bu günə qədər onların harada olduqları rəsmi şəkildə bildirilmir. Məşəd Universitetində milli və siyasi fəaliyyətlərinə görə 14 universitet tələbəsi həbs edilib. Tehran universitetində 3 tələbə, Zəncan universitetində isə 3 nəfər milli haqlarını müdafiə etdiyinə görə həbs edilərək ETTELAAT təcridxanalarında işgəncə və təzyiqlər altındadır. Həbs olunan tələbələrdən Məhəmməd Ehsani Sisan və Bəlucistan vilayətinin universitet tələbəsi dünən gecə Məşəddə həbs edilib. Pəyam Şəkibah, Arəş Rayici və Həsən Cənibi dünən Zəncan Universitetində həbs edilərək naməlum istiqamətlərə aparılıb. Ümumilikdə 2 gün ərzində 20 nəfər tələbə milli haqlarını və insan haqlarını müdafiə etdiyinə görə faşist molla hakimiyyətinin məmurları tərəfindən həbs edilərək təzyiq və işgəncələrə məruz qalmaqdadır. Həmin tələbələrin ailələri övladlarının harda və hansı durumda olduqlarından heç bir məlumat ala bilmirlər. Yaxın mənbələrdən verilən məlumata əsasən həbs olunan tələbələrin yaşadıqları evlər və yataqxanalar ETTELAAT məmurları tərəfindən təftiş edilərək tələbələrə məxsus şəxsi əşyaları zəbt ediblər. İyun ayının 9-dan başlayan bu həbslərdə Əli Quluzadə,Əli Sabiri, Rza Ərəb, Mehdi Qudsi, Əşqan Ərşiyan, Əmir Sərabi, Müctəba İmadpur və Bəyat Məşəd şəhərində həbs ediliblər. 20 nəfərdən başqa keçən həftə Tohid Dövlətşünas, Məhəmməd Ziraəti, Fərzad Həsənzadə, Səccad Rəcəbi və Məhəmməd Nizban Məşəddə həbs ediliblər. Tehranda isə Məcid Əsəri, Mehdi Xudayi və Səlman Sima Tehranda həbs edilərək Evin həbsxanasına aparılıblar. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar