SON XƏBƏRLƏR

İran adlanan yerdə "Facebook" saytına blok qoyuldu

2021.10.20, 07:36
İran adlanan yerdə "Facebook" saytına blok qoyuldu

Gunaz.tv
Prezidentliyə namizədlərdən biri internetdə qızğın seçki kampaniyası aparırmış İranda prezident seçkiləri ərəfəsində "Facebook" saytı blok olunub. İranın İLNA agentliyinin mayın 24-də verdiyi məlumata görə, prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarları "Facebook"-dan istifadə edərək, dəstəklədiyi namizədi təbliğ edirmişlər. İLNA-nın məlumatına əsasən, Husəvinin 5200 tərəfdarı "Facebook"-da aktiv təbliğat aparırmışlar. İranda növbəti prezident seçkiləri iyunun 12-də keçiriləcək. Hazırda dörd namizəd rəqabət aparır: hazırkı prezident Mahmud Əhmədinejad, sabiq Baş nazir Mir Hüseyn Musəvi (Hossein Mousavi), eks-spiker Mehdi Kərrubi və İran İnqilabçılar Korpusunun sabiq rəhbəri Möhsün Rizayi (Mohsen Rezaee).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar