SON XƏBƏRLƏR

İran Amerikanın 2008-ci il prezident kampaniyasının əsas problemi olur - Heritage Foundation-in aparıcı eksperti Ariel Koen

2021.10.20, 07:36
İran Amerikanın 2008-ci il prezident kampaniyasının əsas problemi olur - Heritage Foundation-in aparıcı eksperti Ariel Koen

Gunaz.tv
İran Amerikanın 2008-ci il prezident kampaniyasının əsas problemi olur - Heritage Foundation-in aparıcı eksperti Ariel Koen _ariel_cohen_250208.jpg Heritage Foundation-in Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi üzrə aprıcı eksperti Ariel Koen (xüsusi olaraq Trend News üçün) İsrail lobbisinin konfransında – Amerika-İsrail ictimai münasibətləri üzrə Komitədə (AİPAC) çıxışında Barak Obama, Qüdsün İsrailin vahid paytaxtı olmasından, 60-cı illərin Yəhudi-Afro-Amerika koalisiyasının yenidən bərpasınadək, bütün düzgün düymələrə basıb. Obama hələ ki, İranın nüvə təhlükəsinə qarşı diplomatik strategiyasını dəyişmir. O təsdiq edib ki, indiyədək İranın nüvə proqramının dayandırılması üzrə bütün diplomatik səylərin uğursuzluğa düçar olmasına baxmayaraq, ayətullalarla danışıqlar aparacaq. İllinoys ştatından senator Obama, səylərinə baxmayaraq, Con Makkeyn kimi özünü o dərəcədə sərt göstərə bilməyib. “X-Files”dən – elmi-fantastik serialın bir cümləsindən istifadə edərək, bir çox Amerika yəhudiləri “inanmaq istəyirlər” ki, Obama möcüzəli şəkildə İsrailin tərəfdarına çevrilib. İsrailin təhlükəsizliyinin dəstəklənməsinə zəmanət verilsə də, Obamaya, Amerika yəhudiləri və İsrailyönümlü İncil icmalarının – Florida, Miçiqan və Kaliforniya kimi əsas ştatlarda seçkilərin nəticələrini müəyyən etməyə yardım edə biləcək vacib elektoratın əksər seçicilərinin etibarı yoxdur. Beynəlxalq siyasətin ideoloqu Obama bir müddət əvvəl AİPAC-a hücum edib. Çərşənbə günü çıxışında, o, hər şeydən əlavə, bildirib ki, “Makkartizm” Amerika siyasi terminologiyası üçün münasib söz deyil və bununla da yəhudi icmasını ustalıqla ədəb çərçivəsindən kənarda qoyub. Obamanın daha bir əsas məsləhətçisi – Harvard universitetinin professoru Samanta Pauer, verilən məlumatlara görə, sülhün “təmin edilməsi” məqsədilə İsrailin, Qərb sahilinin və Qəzzə zolağının işğalı üçün ABŞ qoşunlarının göndərilməsinin lehinə çıxış edir. O, Obamanın Demokratlar Partiyasından namizdəlik üzrə rəqibi Hillari Klintonu “bədheybət” adlandırdıqdan sonra istefa verməyə məcbur olub. Lakin, çox ehtimal ki, xanım Klinton gələcəkdə Obamanın administrasiyasının əməkdaşı olacaq. Kampaniyanın Yaxın Şərq üzrə baş köməkçisi Robert Malleni getməyə məcbur etdilər. Belə ki, onun Həmas terrorçuları ilə danışıqlar aparmasının üstü açılmışdı. Obama məşhur Fələstinin Azadlıq Təşkilatının tərəfdarı və fəali professor Rəşid Xalidi, Kolumbiya Universiteti nəzdində ərəb tədqiqatları professoru Edvard Səid, Çikaqodakı fələstinli fəallarla da bağlı olub. O, öz kampaniyasının gedişində bu faktların inkar edilməsindən uzaq olub və KİV-in məlumatlarına görə, Obama izah edib ki, fələstinlilərin adından çıxış etmir. Belə ki, o, “sərt ilkin seçkilərin kampaniyasında iştirak edir”. Tədqiqatlar göstərir ki, amerikalı yəhudilər Makkeynə yalnız israilyönümlü mövqe tutmasına görə, çox etibar göstərmirlər. Onlar həm də Makkeynin xarici siyasətinə və təhlükəsizlik siyasətində biliklərinə etibar edirlər. İran və İsrail Vaşinqton gündəliyindəki birinci məsələlər sırasına həm də ona görə daxil olurlar ki, İsrailin qəti mövqe tutumuş Baş naziri Ehud Olmert şəhərdədir [Vaşinqtonda]. İsraildəki prokurorlar Olmertə qarşı qaldırılmış ittihamı nəzərdən keçirərkən, o, prezident Buşla görüşüb. Olmert bu ittiham üzrə azaldıqdan məhrum edilə bilər. Baş nazir Qüdsün meri olduğu zaman amerikalı iş adamından 150000 dollar nəqd pul almaqda günahlandırılır. Olmert vəzifəyə gəldikdən sonra, bu, onun güman edilən korrupsiya fəaliyyətinə münasibətdə beşinci təhqiqatdır. Olmert İsraili üç cəbhədə – Fələstin administrasiyası, Həmas və Suriya ilə danışıqlara cəlb edib. Belə görünür ki, 2008-ci ildə Olmert hər üç istiqamət üzrə 2006-cı ildə uğursuzluqla nəticələnmiş müharibədənsə, sülhə can atır. Olmert çərşənbə axşamı AİPAC-da Mahmud Abbasın başçılıq etdiyi Fələstin administrasiyası ilə “sülh prosesi” ndən ruh yüksəkliyi ilə çıxış etsə də, Colan yüksəklikləri üzrə Suriya ilə danışıqları alqışlasa da, Səudiyyə Ərəbistanını “məsuliyyətli və mülayim dövlət” olmağa çağırsa da, reallıq bu bəyanatlardan fərqlənir. Həmasın himayədarı İran bunun əleyhinə olduğu üçün, həmçinin, Həmas rəhbərliyinin yalnız münaqişə davam etdikcə özünü doğrultduğuna görə, o, İsraillə razılığa gəlmək istəmir. Abbas böyük şöhrətə və “fələstin küçələri” üzərində nəzarətə malik deyil və yəqin ki, hər iki tərəf üçün münasib olan sülh qərarına nail ola bilməyəcək. Sorğular bu gün aparılsaydı, Həmas Qərb sahilində prezident seçkilərində qalib gələrdi və o, artıq dəmir yumruqla Qəzzə zolağına nəzarət edir. Prezident Corc Buş, vitse-prezident Dik Çeyni, həmçinin, xəzinədarlıq katibi Henk Paulsonun çoxsaylı çağırışlarına baxmayaraq, Səudiyyə Ərəbistanı yəhudi dövlətini tanımaq, Həması mövqeyini dəyişməyə çağırmaq və ya amerikalılar və digərlərinin qaz kəməri ilə bağlı narahtlığını azaltmaq məqsədilə neft tıxacını açmaq üçün heç bir şey etməyib. Suriya İsraillə sülh istəmir. Ona görə ki, bunun qiyməti İranla münasibətlərin kəsilməsi, Hizbullahdan imtina, Colan yüksəkliklərinin və Tiveriad gölünün sahil xəttinin demilitarizasiyasıdır. Yəhudi dövləti ilə münasibətlərin normallaşdırılmasının qiyməti çox yüksəkdir. Suriya Vaşinqtonla münasibətlərin yaxşılaşdırılmasında da maraqlıdır və Olmert vəzifədən getdiyi üçün bunu təxirə sala bilməz. Buş administrasiyasının vəzifə müddətinin yeddi aydan sonra bitməsi bunun digər səbəbidir. Başlıcası budur ki, Dəməşq, çətin ki, sülh bağlasın ; Dəməqşdəki ələvilər rejimi İsraillə sülh müqaviləsi imzalandığı halda, mövcudluğunun mənasını itirəcək. Bu baş verərsə, Suriya əhalisinin əksəriyyətini təşkil edən sünnilər onları devirə bilərlər. Mahmd Əhmədinecad İsraili yer üzündən silməklə hədələyir, neftin qiymətləri artır, Həmas hər gün İsrailin şəhər və kəndlərinə raket zərbələri endirir, Livan Hizbullahın ardınca gedir, İsrail-Fələstin danışıqlarının pozulması isə, Yaxın Şərqin ABŞ-da prezident kampaniyasının prioiteti kimi qalacağına dəlalət edir. Müəllifin rəyi Trend News informasiya agentliyinin redaksiyasının rəyi ilə üst-üstə düşməyə bilər trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar