SON XƏBƏRLƏR

İran “Amerikaya casusluq”da ittiham etdiyi şəxsi edam edəcək

2021.10.20, 07:36
İran “Amerikaya casusluq”da ittiham etdiyi şəxsi edam edəcək

Gunaz.tv

GünAz TV: İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinə casusluq etməkdə təqsirləndirilən İran vətəndaşı Əmir Rəhimpurun edam cəzasına məhkum edildiyini deyib.

 

O, qərarın Ali Məhkəmə tərəfindən də təsdiq edildiyini bildirib. Sözçü Rəhimpurun məxfi əməkdaşlıq müqabilində MKİ-dən külli miqdarda pul alaraq, İranın nüvə fəaliyyətləri ilə bağlı əldə etdiyi məlumatları ABŞ tərəfinə ötürdüyünü iddia edib.

 

O bundan başqa, 2 nəfərin də analoji ittihamlarla müvafiq olaraq 10 və 5 il həbs cəzalarına məhkum edildiyini deyib.

 

İsmayıli həmçinin bildirib ki, Qasım Süleymaninin ailəsi onun öldürülməsinə görə Amerikaya qarşı beynəlxalq məhkəmələrə müraciət edəcək.

 

“Bu istiqamətdə lazım olan addımları Məhkəmə Sistemi və Xarici İşlər Nazirliyi atıb. Şikayət İranda, İraqda və beynəlxalq müstəvidə irəli sürülməlidir. Tehran prokuroruna cinayət işi başlatması ilə bağlı tapşırıq verilib. İraqda da bu istiqamətdə cinayət işi açılıb. Öldürülənlərin ailələri onların 40 mərasimlərindən sonra Amerikadan şikayət edəcəklərini bəyan ediblər”,- deyə İsmayıli əlavə edib.

 

Sözçü sonda Ruhullah Zəmin cinayət işi üzrə də 5 nəfərin həbs edildiyini deyib. O, həmçinin onunla əlaqəli olan çoxlu sayda insanın dindirildiyini və onlar ətrafında araşdırmaların getdiyini qeyd edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar