SON XƏBƏRLƏR

İran aşağı faizdə zənginləşdirilmiş uranın istehsal həcmini 4 dəfə artırıb

2021.10.20, 07:36
İran aşağı faizdə zənginləşdirilmiş uranın istehsal həcmini 4 dəfə artırıb

Gunaz.tv

GünAz TV: İranın Atom Enrjisi üzrə Agentliyi nüvə razılaşması çərçivəsində rəsmi Tehranın az zənginləşdirilmiş uranın miqdarını 4 dəfə artırdığı barədə məlumat yayıb.

 

Agentliyin sözçüsü Bəhruz Kamalvəndinin sözlərinə görə, mayın 20-dən İran 3.67% həcmdə zənginləşdirdiyi uranın miqdarını 4 dəfə artırıb.

 

Məlumata əsasən, bu addım zənginləşdirilmiş uranın faizinin və santrifüjun sayının artırılması və ya santrifüjların növünün dəyişməsi anlamına gəlmir.

 

İran mayın 8-də, ABŞ-ın nüvə razılaşmasından çıxmasının 1-ci ildönümündə bu razılaşma çərçivəsində üzərinə götürdüyü bəzi öhdəlikləri dayandırdığını elan etmişdi. Prezident Həsən Ruhani İngiltərə, Fransa və Almaniyaya 60 gün möhlət verərək, İranın iqtisadi mənafeyinin təmin edilmədiyi təqdirdə, “digər 2 addımı” atacaqlarını və “uranın zənginləşdirilməsində hər hansı məhdudiyyətə” əməl etməyəcəklərini demişdi.

 

Qeyd etmək lazımdır ki, nüvə razılaşması İrana 300 kiloqram miqdarında zənginləşdirilmiş uran saxlamağa icazə verir.

 

Lakin Bəhruz Kamalvəndi bildirib ki, ölkəsinin depoladığı zənginləşdirilmiş uranın miqdarı gələn həftələrdə 300 kiloqrama çatdırılacaq. O, həmçinin nüvə razılaşmasının digər tərəflərinə xitabən tezliklə 3.67% zənginləşdirdikləri uranın miqdarının 300 kiloqramı aşacağını və bu prosesin dayandırılması üçün onların “lazım olan addımlarını” atmasını istəyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar