SON XƏBƏRLƏR

İran, ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı deyil.Əlirza Şeyx Əttar: “İran vasitəçilik missiyasını yenidən öz üzərinə götürməyə hazırdır”

2021.10.20, 07:36
İran, ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı deyil.Əlirza Şeyx Əttar: “İran vasitəçilik missiyasını yenidən öz üzərinə götürməyə hazırdır”

Gunaz.tv
İran, ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı deyil 20080606093302_1.jpg İran Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı deyil. İranın xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar rəsmi Tehranın əvvəlki kimi vasitəçilik missiyasını yerinə yetirməyə hazır olduğunu bəyan edib. Nazir müavini ölkəsinin Ermənistanla əməkdaşlığı məsələsinə də aydınlıq gətirib: “İran Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəllər vasitəçi olub. Təəssüf ki, kənar qüvvələrin müdaxiləsi nəticəsində ölkəmiz vasitəçilikdən uzaqlaşdırılıb. Amma hər iki tərəfdən təklif olsa, İran, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində vasitəçilik missiyasını yenidən öz üzərinə götürməyə hazırdir. ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətbəxş saymasaq da, İran bu çərçivədə danışıqları dəstəkləyir. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. İndi İran şirkətlərinin tanımamış Dağlıq Qarabağla əməkdaşlığı barədə məlumatlar yayılır. Bunların heç biri həqiqətə uyğun deyil. Bunlar ölkəmizə qarşı təxribatdır. İranın heç bir telekommunikasiya şirkəti tanımamış Dağlıq Qarabağla əməkdaşlıq etmir". Əlirza Şeyx Əttarın sözlərinə görə, bu yaxınlarda Ermənistanla İranın müdafiə nazirlərinin görüşləri də olub və bu görüşlərdə Azərbaycan əleyhinə heç bir məsələ müzakirə olunmayıb. "İranın 15 qonşusu var və qonşuluq çərçivəsində belə səfərlər normaldır” – deyə İranın xarici işlər nazirinin müavini bildirib. ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar