İRAN AVROPA BANKLARINDAKI PULLARI AZƏRBAYCANA YÖNƏLDİR

2008-06-18 20:14

Qubad İbadoğlu: “İstənilən halda bu vəsaitin Avropadan Asiyaya doğru hərəkət edəcəyinə şübhəm yoxdur” İranın Avropa Birliyi ölkələrinin banklarındakı valyuta aktivlərinin əksəriyyətini təşkil edən 75 milyard dolları çıxararaq müxtəlif dövlətlərin bankları

Gunaz.tv Quote | Gunaz article

Qubad İbadoğlu: “İstənilən halda bu vəsaitin Avropadan Asiyaya doğru hərəkət edəcəyinə şübhəm yoxdur” İranın Avropa Birliyi ölkələrinin banklarındakı valyuta aktivlərinin əksəriyyətini təşkil edən 75 milyard dolları çıxararaq müxtəlif dövlətlərin banklarına yerləşdirməsi diqqəti bu ölkənin indən sonra atacağı addımlara yönəldib. Xatırladaq ki, bir qədər əvvəl İsveçrənin UBS və “Credit Suisse”, Almaniyanın “Deutsche Bank” və “Commerzbank”, daha sonra Fransanın “BNP Paribas” bankları İranın ən böyük “Mille”, “Mellat” və “Sederat” bankları ilə bütün əməliyyatları dayandırıb. Həyata keçirdiyi nüvə proqramı və uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmaq niyyətində olmayan, buna görə də Qərbin ticari, iqtisadi, maliyyə və siyasi sanksiyalarının sərtləşəcəyini bilən rəsmi Tehran bu minvalla Avropadakı pullarını “dondurulma”dan xilas etmək üçün qabaqlayıcı addımlar atıb. Çıxarılan vəsaitin böyük qismi Asiya və Afrikanın kiçik və orta banklarındakı hesablar arasında paylanıb, bir qismi qızıla döndərilib, bir qismi də qiymətli kağız və istiqrazlara yatırılıb. İranın bank dairələrindəki mənbələrin “The Tehran Times”, “Həmşəhri” və “Keyhan” qəzetlərinə verdiyi açıqlamalara görə, ölkə prezidenti Mahmud Əhmədinejadın göstərişi ilə Avropa banklarından çıxarılan pulların Asiya və Afrika ölkələri ilə yanaşı, Türkiyə, Yaxın Şərq və postsovet məkanı ölkələrinin banklarına yatırılacağı gözlənilir. “Əsas diqqət İrana qonşu ölkələrə veriləcək. Rusiya, Azərbaycan və Türkiyə ilə bağlı variantları nəzərdən keçiririk”- deyə İranın ən böyük banklarından biri olan “Sədarət”dəki mənbə “Baztab”a bildirib. Adıçəkilən dövlətlərin dünya maliyyə-bank sistemi ilə inteqrasiyası güclü, Qərb ölkələri ilə maliyyə təmasları isə sıxdır. Ən başlıcası odur ki, Azərbaycan, Rusiya və Türkiyə ABŞ və Avropa Birliyinin bütün təzyiqlərinə rəğmən İrana qarşı maliyyə, ticari, iqtisadi və siyasi sanksiyalara qoşulmayıb. Sadəcə bir fakt: İranın ən böyük “Bank Melli” bankının hər üç ölkədə nümayəndəlikləri var. Bu baxımdan AB-dəki bankların depozit hesablarından çıxarılan və ya qiymətli kağızlarla istiqrazlara yatırılmış vəsaitlərin nağd pula döndərilən hissəsinin bir qisminin Azərbaycana da gəlişi mümkündür. İlkin hesablamalara görə, ilin sonunadək İranın Azərbaycana yönəldəcəyi maliyyə axınının həcmi 3 milyard dollara çata bilər. İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, bu, kifayət qədər böyük məbləğdir və Azərbaycan banklarının belə depozitləri qəbul etməkdə müəyyən çətinlikləri ola bilər: “Çünki depozitlərin qəbul edilməsi onların idarə olunması ilə bağlı tələb və öhdəlikləri artırır. Güman edirəm ki, bu, sadəcə, bir mesajdır ki, ayrı-ayrı ölkələr Avropa banklarının İrana qarşı sanksiyalarına qoşulmasın. İstənilən halda bu vəsaitin Avropadan Asiyaya doğru hərəkət edəcəyinə şübhə yoxdur. Vəsaitlər bölüşdürülüb Asiya ölkələrinin maliyyə və bank bazarında yerləşdiriləcək”. İran Milli Bankının Azərbaycanda çoxdan işlədiyini deyən iqtisadçı bildirdi ki, sözügedən qurum müəyyən şəbəkəyə malikdir: “Bu bank İranın ən böyük bankı hesab edilir. Ola bilər ki, həmin bank Azərbaycanda fəaliyyətini genişləndirsin. Yəni onun öz nizamnamə kapitalını artırması, fəaliyyətini genişləndirməsi, bu bankın valyutası ilə həmin vəsaitlərin müəyyən investisiyalara yönəldilməsi ehtimalı ola bilər. Amma 3 milyard dollar səviyyəsində vəsaitin yönəldilməsinə inanmıram”. Q.İbadoğlu bildirdi ki, bütövlükdə götürəndə İran Milli Bankının birdən-birə böyük kapitalla Azərbaycan bank bazarında iştirak etməsi heç ölkə üçün də o qədər arzuolunan deyil: “İran Milli Bankı vəsaitləri daha çox müxtəlif ölkələrdə olan filiallarına köçürəcək. Bu baxımdan Azərbaycana da vəsait gələ bilər. Lakin bu qədər böyük vəsaitin gələcəyinə və yaxud banklarda yerləşdiriləcəyinə inanmıram”. Ekspertin sözlərinə görə, Qazaxıstan və Rusiya ilə müqayisədə bu gün Azərbaycan banklarının potensialı o qədər də yüksək görsənmir: “Son illər Azərbaycanda bank kapitalı daha da genişlənib. Bütövlükdə mən Azərbaycan bank kapitalının bu kimi böyük məbləğləri qəbul etməsinə, o cümlədən yerləşdirməsinə hazır olduğunu deyə bilmərəm”. LEYLA
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV April.22.2021-Sözümüz: Ermənilərin April Yalanı

2021-04-23

gun az article

GünazTV April.22.2021- Düşünməyə Çağırı: 24 Aprel Yalanı və İranın Ermənistan Siyasəti

2021-04-23

gun az article

GünazTV April.22.2021: MİXİ YAZILI ƏDƏBİYYATIMIZ

2021-04-23

gun az article

Beynəlxalq yarışda xəsarət alan zənganlı idmançı mübarizəni dayandırdı

2021-04-22

gun az article

Muğanda "yaşıl soyqırım": Hektarlarla meşə sahəsi yox edilir-VİDEO

2021-04-22

gun az article

Təbrizli əczaçılar etiraz aksiyası keçirib

2021-04-22

gun az article

Urmuda avtobus qəzası: 18 nəfər xəsarət alıb

2021-04-22

gun az article

Təbriz bələdiyyəsinin Azərbaycançılıqda günahlandırılan şöbə rəisinin işdən çıxarılması təsdiqləndi-FOTOLAR

2021-04-22

gun az article

Zənganda antik əşya əməliyyatı: Qaçaqmalçı ələ keçdi

2021-04-22

gun az article

"Ana dili məhbusları" Həmid Mənafi və Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-04-22

gun az article

Azərbaycan ordusuna dəstək aksiyasında iştirak edən ərdəbilli fəallar məhkəməyə çağırılıb

2021-04-22

gun az article

GünazTV April.21.2021-Görüş: İran-Qərb müzakirələrdə Çin'in rolü, İran'da seçkilər və Güney Azərbaycan Hərəkatı

2021-04-22

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-04-21

gun az article

Edamların sayına görə İran dünyada birincidir-Beynəlxalq Əfv Təşkilatının HESABATI YAYILDI

2021-04-21

gun az article

Təbriz bələdiyyəsinin Azərbaycançılıqda günahlandırılan şöbə rəisi işdən çıxarılıb?-İDDİA

2021-04-21

gun az article

İran hökuməti türk əyalətində kürd dilində hekayə festivalı keçirir

2021-04-21

gun az article

Milli fəal Kiyanuş Aslani məzuniyyətə buraxılıb

2021-04-21

gun az article

Güneyli yazıçının məhkəməsi olacaq-Mehdi Səlimiyə qarşı absurd ittihamlar irəli sürülüb

2021-04-21

gun az article

Marağada Yaxın Şərqin “fosil cənnəti" məhv edilir-FOTOLAR

2021-04-21

gun az article

"Sepah" Güney Azərbaycanda kampaniyaya başladı: Dini liderin yaxın çevrəsi seçici fəallığını artırmaq istəyir

2021-04-21