SON XƏBƏRLƏR

İran Avropa Birliyini "dolayıb"

2021.10.20, 07:36
İran Avropa Birliyini "dolayıb"

Gunaz.tv
İran Avropa Birliyini "dolayıb" Tehran pul ehtiyatlarını Asiya banklarına köçürür İran Avropa banklarındakı hesablarından pullarının çıxarılmasına başlayıb. Bu barədə məlumatı İranın həftəlik "Şarvand-Emruz" qəzeti yayıb. Məlumata görə, artıq 75 milyard dollar vəsait hesablardan çıxarılıb və bu, prezident Mahmud Əhmədneyadın göstərişiylə həyata keçirilib. İran hökumətinin bununla Avropa Birliyinin sanksiyalarını qabaqlamaq niyyətini güddüyü qeyd olunur. "Nezavisimaya qazeta"nın yazdığına görə, Avropa Birliyi rəsmi Tehrana nüvə proqramından imtina etməyəcəyi təqdirdə, bu ölkəyə qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edib. Bank hesablarının dondurulmasının mümkünlüyü də bu xəbərdarlığa daxildir. "Şarvan-Emruz" qəzeti xarici işlər nazirinin müavini Mohsen Taledə istinadən xəbər verib ki, artıq Avropa banklarında saxlanılan maliyyə vəsaitinin bir hissəsi qızıl və səhmə çevrilib, bir qismi isə Asiya banklarına köçürülüb. Hələlik İran rəhbərliyi qəzetdə yazılanlarla bağlı heç bir açıqlama verməyib. Xatırladaq ki, ötən həftə İranın "Etemad-emelli" qəzeti aktivlərin çıxarılması prosesinin başlandığını yazsa da, söhbətin konkret hansı məbləğdən getdiyini açıqlamayıb. İranda səfərdə olan Avropa Birliyi xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solana isə bildirib ki, İrana qarşı yeni sanksiyalar barədə qərar qəbul etməyiblər. Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Tehrana səfəri çərçivəsində ölkə rəhbərliyinə İranın nüvə proqramını həll etmək məqsədilə təkliflər paketini təqdim edib. Həmin paketdə Qərb İranın dinc məqsədli nüvə eneryisi əldə etməsi üçün hər cür yardım göstərməyi öz üzərinə götürür. Bundan əlavə İran uranın zənginləşdirilməsi proqramından əl çəkərsə, bu ölkəyə ticarət və iqtisadi əməkdaşlıq təklif edilib. İran tərəfinin bu təkliflərin nəzərdən keçiriləcəyi və heç bir irad səsləndirməməsi bu paketin İran üçün sərfəli olmasından xəbər versə də, hadisələrin hansı məcrada cərəyan edəcəyi hələ məlum deyil. ABŞ prezidenti Corc Buş və Böyük Britaniyanın baş naziri Qordon Braun isə İranı "partnyorluq təkliflərini" qəbul etməyə, ya da yeni və daha sərt sanksiyalara hazır olmağa çağırıblar. Q.Braun bildirib ki, Tehranla dialoqu saxlamaq istəyir, lakin İran BMT-nin qətnamələrinə məhəl qoymasa, sanksiyalar gücləndiriləcək: "Avropa İran Milli Bankının əmlakını donduracaq və yeni neft-qaz sanksiyaları tətbiq edəcək". Londondakı danışıqlardan sonra ABŞ prezidenti bir daha "bütün variantların" mümkün olduğunu söyləyib. Birgə mətbuat konfransında Böyük Britaniyanın baş naziri ölkəsinin İranın Milli və Neft Sənayesi banklarına qarşı sanksiyalar qoymağa başladığını deyib: "Biz açıq-aydın bildiririk ki, İran BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymasa, bizim sanksiyaları şiddətləndirməkdən başqa çarəmiz qalmayacaq. Biz ilk mərhələdə elə bu gündən İranın ən böyük bankı sayılan Milli Banka və Neft Sənayesi Bankına sanksiyalar tətbiq etməyə başlayacaq, ikinci mərhələdə isə sanksiyaları İranın neft və qaz sənayesinə də şamil edəcəyik. Bu işdə biz Avropa Birliyinin də dəstəyini qazanacağıq". kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar