SON XƏBƏRLƏR

İRAN AVROPA BİRLİYİNİN TƏKLİFLƏRİNƏ CAVAB VERDİ

2021.10.20, 07:36
İRAN AVROPA BİRLİYİNİN TƏKLİFLƏRİNƏ CAVAB VERDİ

Gunaz.tv
İRAN AVROPA BİRLİYİNİN TƏKLİFLƏRİNƏ CAVAB VERDİ Tehran nüvə proqramlarını dayandırmayacaq, amma danışıqlara da hazırdır 16.jpg İran nüvə proqramı mübahisəsində öz mövqeyini dəyişmədiyini bəyan edib. Bu barədə Tehranın Avropa Birliyinin təkliflərinə rəsmi cavabının çatdırılmasından bir gün sonra bəyan edilib. Avropa Birliyi uranı zənginləşdirmək proqramının dayandırılması əvəzində İrana yeni həvəsləndirici təkliflər təqdim etmişdi. Hökumət sözçüsü İranın dünyanın əsas ölkələri ilə danışıqlara hazır olduğunu deyib. Lakin qeyd edib ki, ölkəsi uranın zənginləşdirilməsi proqramını dayandırmayacaq. Nə AB-nin təklifi, nə də İranın cavabının təfərrüatları açıqlanmır. İranın cavabı göndəriləndən bəri hökumətin ilk rəsmi bəyanatında onun sözçüsü Qulamhüseyn Elham “İranın öz nüvə hüquqlarından geri çəkilmədiyini” dilə gətirib: “İran danışıqların aparılmasında israrlıdır, lakin öz hüquqlarını əldən verməyəcək”. Amma müşahidəçilərə görə, İran nüvə proqramında güzəştə getməsə, danışıqların davam edə biləcəyi şübhə doğurur. Artıq iyunda AB İrana qarşı yeni sanksiyalar tətbiq edib. İran bəyan edir ki, AB maraqlı təkliflər verib və onları müzakirə etməyə dəyər. Ancaq bir çoxları bunu Tehranın vaxt udmağa hesablanmış növbəti taktikası hesab edir. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar