SON XƏBƏRLƏR

İRAN AVROPA BİRLİYİNİN YENİ SANKSİYALARINI QANUNSUZ SAYIR

2021.10.20, 07:36
İRAN AVROPA BİRLİYİNİN YENİ SANKSİYALARINI QANUNSUZ SAYIR

Gunaz.tv
İRAN AVROPA BİRLİYİNİN YENİ SANKSİYALARINI QANUNSUZ SAYIR İran Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmmədəli Hüseyni jurnalistlərə açıqlamasında Avropa Birliyinin İrana qarşı yeni sanksiyalarını qanunsuz adlandıraraq ölkənin heç bir şəraitdə uranı zənginləşdirməyi dayandırmayacağını deyib. İyunun 23-də Avropa Birliyi Şurasının Lüksemburq toplantısında İranın ən böyük bankı sayılan Milli Banka qarşı sanksiyalar tətbiqinə qərar verilib. Yeni sanksiyalara əsasən, Milli Bankın Avropadakı bütün maliyyə vəsaitləri dondurulur, London, Paris və Hamburqdakı şöbələrinin fəaliyyətinə qadağa qoyulur. İranın 20 vətəndaşının və 15 təşkilat nümayəndəsinin Avropa Birliyindən viza alması da yasaqlanır. «Media forum» saytının məlumatına görə, Xarici İşlər Nazirliyi sözçüsü deyib: «Nüvə texnologiyası sahəsində uğurlar qazanan İranı öz qanuni hüququndan əl çəkməyə məcbur eləmək cəhdlərinin heç bir effekti yoxdur. Bu kimi qanunsuz hərəkətlər məsələnin diplomatik yollarla həllinə yardım etmir». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar