SON XƏBƏRLƏR

İran Avropadan Asiya banklarına 30 mlrd. dollar transfer edir

2021.10.20, 07:36
İran Avropadan Asiya banklarına 30 mlrd. dollar transfer edir

Gunaz.tv
İran Avropadan Asiya banklarına 30 mlrd. dollar transfer edir Bakı. Elmin İbrahimov – APA-ECONOMICS. İran hökuməti Avropa banklarında saxlanılan valyuta ehtiyatlarının ölkənin mərkəzi bankına və Asiyanın etibarlı banklarına transfer olunmasına dair qərar qəbul edib. «APA-ECONOMICS»in məlumatına görə, bu qərarın verilməsinə səbəb Sloveniyada keçirilən ABŞ-Avropa İttifaqı sammitində bu gün elan olunacaq birgə bəyanata İran Melli Bankının xarici banklarda saxlanılan maliyyə ehtiyatlarının dondurulması ilə bağlı bəndin salınmasıdır. Artıq İran valyuta ehtiyatlarının böyük bir hissəsini qızıl və səhmlərə çevrib, digər hissəsinin isə Asiya banklarına transfer etməyə başlayıb. Təxmini hesablamalara görə, İranın strateji valyuta ehtiyatlarının ümumi həcmi 80 mlrd. ABŞ dollarından artıqdır və bunun 40 mlrd. dolları xarici bankların idarəetməsinə verilib. İran şirkətlərinin hesabları da daxil olmaqla, bu ölkənin Avropanın maliyyə institutlarında saxladığı aktivlərin məcmu həcmi 30 mlrd. ABŞ dollarından çoxdur. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar