SON XƏBƏRLƏR

İran-Azərbaycan münasibətləri mövzusunda dəyirmi masa keçirilib

2021.10.20, 07:36
İran-Azərbaycan münasibətləri mövzusunda dəyirmi masa keçirilib

Gunaz.tv
Bu gün “Xəbərlər-Azərbayan” beynəlxalq informasiya agentliyində politoloqlar tərəfindən növbəti dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, politoloqlar Sankt-Peterbruqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü, son zamanlar İranda baş verən siyasi hadisələri, prezident seçkilərini və İsrail prezidenti Simon Peresin Azərbaycana səfərini müzakirə ediblər. İlk olaraq prezidentlərin Sankt-Peterbruq görüşlərindən danışan politoloq Fikrət Sadıqov bildirib ki, bu görüş heç bir nəticə verməyən növbəti görüş idi. Onun sözlərinə görə, bunu həm rəsmi şəxslər, həm də ictimaiyyət nümayəndələri təsdiq ediblər. “Minsk Qrupunun əsas məqsədi Azərbaycan-erməni məsələsini dondurmaq, Azərbycanın xeyrinə heç bir addım atmamaq və məsələni Ermənistanın xeyrinə həll etməkdir”,- deyə F.Sadıqov əlavə edib. Bu məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə isə bildirib ki, hazırda regionda ciddi proseslər baş verir və onun fikrincə, bu ilin sonuna kimi bəzi danışıqlar əldə ediləcək. Daha sonra o qeyd edib ki, İranda prezident seçkiləri ilə yalnız üslub dəyişə bilər. Onun sözlərinə görə, azərbaycanlı Mirhüseyn Musəvinin prezident seçilməsi ilə münasibətlərdə heç bir dəyişiklik olmayacaq. Ardınca çıxış edən Rəşad Rzaquliyev bildirib ki, hazırda regionda çox ciddi geosiyasi proseslər gedir. “Əsasən də iki qütbün-ABŞ və Rusiyanın maraqları toqquşur. Regionda isə münaqişənin aradan qaldırılması yalnız ABŞ və Rusiyanın razılığından sonra ola bilər. Onların isə hər birinin əsas marağı regiondan digər rəqibini çıxarmaqdır. Bu da onu göstərir ki, Cənubi Qafqaz gələcəkdə daha böyük münaqişə zonasına çevrilə bilər”- deyən R.Rzaquliyev bildirib ki, İsrail prezidentinin səfəri burada gedən bu oyunlarla əlaqədardır. O həmçinin qeyd edib ki, əslində bütün bu məsələlər böyük bir geosiyasi marağın balaca bir hissəsidir. Daha sonra dəyirmi masada iştirak edən politoloqlar media nümyəndələrinin suallarını cavablandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar