İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb

2021-03-01 15:18

Qarabağ müharibəsi zamanı Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdıran İranın əldə etdiyi məlumatları Ermənistan Baş Qərargahı ilə paylaşdığı ortaya çıxıb.

Gunaz.tv Quote | Gunaz article

Türkiyənin “Haber 7” telekanlı məlumat verir ki, 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında başlayan Qarabağ müharibəsində İranın Ermənistan rəhbərliyinə ciddi kəşfiyyat dəstəyi verməsi ilə bağlı faktar üzə çıxıb.


Məlumatlara görə, müharibənin ilk günlərindən etibarən İran tərəfi 70-80 nəfərlik xüsusi avadanlıqlarla təchiz edilmiş qrup və texnikanı Qarabağ sərhədində yerləşdirib.


Cəbrayılda yerləşən Xudafərin körpüsünə paralel xətt üzərində mövqelənən İran əsgər və texniki mütəxəssisləri PUA-lar, döyüş təyyarələri və vertolyotlarının hava hərəkətini, Azərbaycan əsgərlərinin radio frekanslarını izlədikləri məlum olub.


Kanal İrandakı mənbələrinə istinadən “Araz qırağında” inşa edilmiş xüsusi radar sistemlərini və dinləmə stansiyaları yerləşdirən İran əsgərlərinin bu məlumatları Ermənistan Baş Qərargahı ilə paylaşdığını bildirib.


İranlı mənbə sərhəd xəttində inşa edilmiş bazaya uzun müddət heç bir mülki şəxsin buraxılmadığıni qeyd edərək, “Bu yer tamamilə Türk kənd və qəsəbələrindən ibarətdir. Bu səbəbdən İran əsgərləri fövqəladə təhlükəsizlik tədbirləri ilə baza ərazisini qoruyurdular”, deyə qeyd edib.


Kanala açıqlamasında Azərbaycandakı təlimlərdə iştirak etmiş yüksək rütbəli Türkiyə hərbiçisi İranın müharibə zamanı bəzi xüsusi məlumatlar əldə etməyə çalışdığını qeyd edib.


Hərbçi, İran kəşfiyyatının Azərbaycanın PUA-ları, döyüş təyyarələri və helikopterlərinin yerləşmələri, əməliyyat strategiyaları və taktikaları haqqında məlumat əldə etmək üçün fərqli üsullar tətbiq etdiyini söyləyib. Bizim.Media


İranın Azərbaycan Respublikasındakı səfirliyi isə yaydığı bəyanatda “İranın Azərbaycan Ordusu ilə bağlı məlumatları Ermənistana ötürməsi iddiaları yalandır” deyə bildirib.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Şəhid qəlbi-lalələr”: Aygün Muradxanlının Qarabağdan Güney nisgilli VİDEO-REPORTAJI

2021-04-17

gun az article

Şərqi Azərbaycanın 63 yaşlı qubernatoru koronavirusa yoluxdu

2021-04-17

gun az article

Ərdəbildə zəlzələ baş verdi

2021-04-17

gun az article

İran-Çin anlaşması: "Acı nəticələrini yaxın gələcəkdə görəcəyik"-Sadiq İsabəyli

2021-04-17

gun az article

Təhlükəsizlik məmurları tərəfindən oğurlanan milli fəal Qasım Mahmudiyə işgəncə verilib-FOTOLAR

2021-04-17

gun az article

Urmu gölünün "faciəsi" "Google"da: 40 illik quruma prosesi belə təsvir edilib-VİDEO

2021-04-17

gun az article

GünazTV April.16.2021: Körpü: Sulduz Qətliamının İldönümü və Batı Azərbaycan'da İran'ın Terör Siyasəti

2021-04-17

gun az article

GünazTV April.16.2021-Azadlıq səsi: İranda vətəndaşların seçkilərə qatılmaması və rejimin planları

2021-04-17

gun az article

Korrupsioner məmurları ifşa edən zənganlı jurnalist cəzalandırıldı-FOTO

2021-04-16

gun az article

İran hökumətindən irqçi layihə: Uşaqlara 4 yaşından fars dili öyrədiləcək

2021-04-16

gun az article

"Xudafərindən yayınlanan veriliş Güneydə maraqla qarşılanacaq"-Rəy-VİDEO

2021-04-16

gun az article

Qəzvinli şahmatçı Abtin Ataxan beynəlxalq dərəcəli usta adını ala blər

2021-04-16

gun az article

İran ziyalıları rejimə qarşı: “Hakimiyyət özünü qorumaq üçün İranı məhvə sürükləyir”-Sədrəddin Soltan

2021-04-16

gun az article

Soyuqbulaqda narkotik əməliyyatı: Külli miqdarda psixiatrik maddə aşkar edildi

2021-04-16

gun az article

Qərbi Azərbaycanda təhsil problemi: Məktəblilərin əksəriyyəti onlayn dərsə girə bilmir

2021-04-16

gun az article

GünazTV April.15.2021-Sözümüz: İran və Turan Şahnamədə

2021-04-16

gun az article

GünazTV April.15.2021- Düşünməyə Çağırı: Tarixi Qəhrəmanlarımız Məsələsi

2021-04-16

gun az article

Güney Azərbaycanlı gənc alim Aydın Muradxani müvəqqəti azadlığa buraxılıb

2021-04-15

gun az article

Siyasi məhbus Həmid Mənafinin sağlıq durumu yenidən pisləşdi-SON DƏQİQƏ

2021-04-15

gun az article

Güney Azərbaycanda məktəb çatışmazlığı: Hökumət tikinti və təmir işlərini sahibkarlara "yükləyir"

2021-04-15