SON XƏBƏRLƏR

İran Azərbaycanı vura bilər_Arif Yunus: «Bu ölkədəki daxili çəkişmələr də qonşu dövlət üçün başağrısına çevrilə bilər»

2021.10.20, 07:36
İran Azərbaycanı vura bilər_Arif Yunus: «Bu ölkədəki daxili çəkişmələr də qonşu dövlət üçün başağrısına çevrilə bilər»

Gunaz.tv
«İran Azərbaycanı vura bilər» 5sg41h7v.jpg Arif Yunus: «Bu ölkədəki daxili çəkişmələr də qonşu dövlət üçün başağrısına çevrilə bilər» Konfliktoloq Arif Yunus ABŞ-ın ölkəmizdəki səfiri Ənn Dersinin «İranın raket sınaqları keçirməsi müəyyən mənada Azərbaycan üçün də narahatlıq doğurur» açıqlamasını reallığıa uyğun olduğunu deyir. «Bizim Yol»a açıqlamasında konfliktoloq bildirdi ki, söhbət heç də İranın yeni tipli silah yaratmasından getmir. Onsuz da dünyada yeni silahlar yaradan dövlətlər var: «Baxın, İran yaxın illərdə nüvə silahını ortalığa qoyacaq və müvafiq beynəlxalq sənədləri də imzalayıb. Ancaq İsrailin nüvə silahı olsa da, heç bir sənədə qol çəkməyib. Buna rəğmən dünya birliyi İsraildən narahat olmasa da, İranla bağlı çox narahatdır. Yaxud Pakistanın da nüvə silahı var, Əfqanıstanla sərhədləri də açıqdır və müxtəlif terror təşkilatları faktiki dövlətlə müharibə aparırlar. Yenə də dünya birliyi Pakistanla bağlı məsələ qaldırmır və bilirlər ki, rəsmi İslamabad bu silahı Hindistana qarşı qaldırmayacaq. Bilirsiniz, İrandan fərqli olaraq bu ölkələrin siyasəti ardıcıl xarakter daşıyır. Yəni rəsmi Tehrana təminat yoxdur». İranın müdafiə nazirinin 2006-cı il Bakıda prezident İlham Əliyevlə görüşündə «əgər Azərbaycan münaqişə yaranacağı təqdirdə ABŞ-a ərazisindən istifadəyə imkan versə, ölkənizə cavab veriləcək» bəyanatını xatırladan Arif Yunus bildirdi ki, bu, rəsmi Tehranın açıq hədəsiydi: «Xatırlayırsınızsa, Eynulla Fətullayev bu barədə «Realnıy Azerbaydjan» qəzetindəki məqaləsində obyektlərin siyahısını da çap etdirmişdi və ona görə 8 il yarım azadlıqdan məhrum edildi. Halbuki, Eynulla düz yazmışdı. Çünki İran müdafiə naziri zərbə endirəcəyini gizlətməmişdi. Mən geniş miqyaslı müharibənin olacağına inanmıram. Amma sabah İsrail nüvə silahının hazırlandığı Buşəhri bir neçə raketlə vursa, İran cavab verəcək. Belə olanda rəsmi Tehranın Azərbaycana da zərbə vurmayacağına təminat yoxdur. Problem ondadır ki, İran ABŞ kimi texniki imkana malik olmadığından onlar raket zərbələrini dəqiq vura bilmirlər. Yəni Pentaqon hansı məntəqəni seçirsə, dəqiq zərbə ilə dağıdır. Bilmək olmaz, Allah etməsin raket zərbəsi Prezident Aparatının, yoxsa BTC kəmərinin üstünə düşəcək. Başqa bir narahatçılıq İranda liberallarla mühafizəkarlar arasındakı siyasi çəkişmələrdir. Sabah bu qarşıdurmanın yaratdığı problem qonşu dövlətlər üçün baş ağrısına çevrilə bilər. Bu mənada ABŞ səfiri ilə razılaşmamaq olmur». Natiq CAVADLI bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar