SON XƏBƏRLƏR

İran Azərbaycanın daxili işlərinə qarışır

2021.10.20, 07:36
İran Azərbaycanın daxili işlərinə qarışır

Gunaz.tv
İran Azərbaycanın daxili işlərinə qarışır "Səhər" telekanalında Novruzəli Məmmədovun azadlığa buraxılması tələb olundu İranın dövlət televiziyasında dövlətə xəyanətdə ittiham edilərək həbs olunan "Tolişo sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun sərbəst buraxılması tələb olunub. İranın Talışşünaslıq Mərkəzinin sədri Əli Əbdüli "Səhər" telekanalında yayımlanan "Kompas" verilişinə verdiyi müsahibədə Novruzəli Məmmədova qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.("OLAYLAR"İA) O, iddia edib ki, Azərbaycanın və İranın talış mütəfəkkirləri, eləcə də Novruzəli Məmmədov Azərbaycanda talışların mədəni hüququnun təmin edilməsi üçün mübarizə aparıb və ölkənin təhlükəsizliyinə qarşı heç bir addım atmayıb. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Novruzəli Məmmədov barəsində 10 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar