SON XƏBƏRLƏR

İran baş prokurorunun müavini: “Sel altında qalan bölgələrə kömək üçün açılan bank hesabları bağlanacaq”

2021.10.20, 07:36
İran baş prokurorunun müavini: “Sel altında qalan bölgələrə kömək üçün açılan bank hesabları bağlanacaq”

Gunaz.tv

GünAz TV: İran baş prokurorunun müavini Cavad Cavidiniya tanınmış simalar tərəfindən bir çox vilayətlərdə seldən əziyyət çəkən insanlar üçün pul vəsaitinin toplanmasının “qadağan” olduğunu deyib və onlara xəbərdarlıq edib ki, bu məqsədlə açdıqları bank hesabları bağlanacaq.

 

Onun sözlərinə görə, kömək məqsədlə 60 bank hesabı açılıb və onlardan bəziləri bağlanıb, bir çoxunun isə bağlanması üçün zəruri tədbirlər görülür. Bağlanan hesablarda yığılan pullar isə aidiyyati üzrə əlaqəli dövlət qurumlarına veriləcək.

 

“Xalqın tanınmış simalar və ya təşkilatlar vasitəsi ilə kömək üçün pul toplaması qadağandır, bu yalnız Qızıl Aypara Cəmiyyəti və İmdad Komitəsi vasitəsilə baş tuta bilər”- deyə baş prokurorluq rəsmisinin xəbərdarlığında deyilir.

 

Cavad Cavidiniya həmçinin “yardım adı ilə baş vermiş fırıldaqçılıqlar”a da toxunub və bildirib ki, bu günə qədər bu xüsusda 60 bank hesabı açılsa da, onlardan bir hissəsi bağlanıb və qalanlarının da bağlanması üçün işlər gedir.

 

Qeyd etmək lazımdır ki, son günlər ərzində İranın bəzi incəsənət xadimləri və tanınmış idmançıları sel fəlakəti baş vermiş Gülüstan vilayətinə gedəcəklərini bildiriblər. Onlar arasında seldən əziyyət çəkənlərə yardım toplanması barədə danışanlar da var.

 

Bundan öncə isə bu şəxslər Kirmanşahda baş vermiş zəlzələdən sonra köməksiz vəziyyətdə qalan insanlara maddi yardım etmək üçün bank hesabları açmışdılar və xalqı bu hesablara kömək üçün maliyyə yardımı etməyə çağırmışdılar. İran baş prokurorluğu isə bu hesabları bağlamışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar