İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07 15:38

İranın BMT-dəki daimi nümayəndəsinin sözçüsü Əlirza Miryusifi avqustun 7-də “Röyters” agentliyinə açıqlamasında, Amerhika Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Hukun tutduğu vəzifəsindən istefa verməsinə münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article


O deyib ki, Hukun öz vəzifəsindən istefa verməsinin İrana aidiyyəti yoxdur və bu addım təyinedici bir hadisə sayılmır: “Amerika hökumətinin İrana qarşı apardığı üzdəniraq maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb.


Bu təzyiq kampaniyası nəticəsində İran diz çökməyib və bu rədd edilmiş siyasətin həyata keçirilməsində məsuliyyət daşıyan istənilən şəxs də İranı diz çökdürə bilməyəcək” –deyə, İranın BMT-dəki daimi nümayəndəliyinin sözçüsü Əlirza Miryusifi “Röyters” agentliyinə  açıqlamasında bəyan edib. 


Xatırladaq ki, Amerika Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk avqustun 6-da tutduğu vəzifəsindən istefa verib.

 
Bu barədə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter” səhifəsində məlumat yayıb: “Brayan Huk iki ildən çox bir müddətdə mənim İranla bağlı təmasda olduğum şəxs olub və o həmin müddətdə İran rejiminə qarşı mübarizədə uğurlu və tarixi nəticələr əldə edib. Bunun üçün də ona öz təşəkkürümü bildirirəm.

 

Huk mənim üçün  etimad etdiyim bir müşavir və yaxşı bir dost olub. O, İranda həbs edilən Amerika vətəndaşları Michael White və Xiyue Wang-ın həbsdən azad olunması üçün İran tərəfi ilə uğurlu danışıqlar aparıb” –deyə, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo əlavə edib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib

2021-08-03

gun az article

"Diriliş Ertuğrul"un aktyoru infarktdan dünyasını dəyişdi

2021-08-03

gun az article

Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib

2021-08-03

gun az article

Qırğızıstanın keçmiş Baş naziri saxlanıldı

2021-08-03

gun az article

Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə dəstək

2021-08-03

gun az article

Bakının yekun Baş Planı bu ayın sonunda Nazirlər Kabinetinə göndəriləcək

2021-08-03

gun az article

ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı

2021-08-03

gun az article

Tokio-2020: Azərbaycan üçüncü medalını qazanıb

2021-08-03

gun az article

Gürcüstanda yoluxma kəskin artır: Yeni antirekord

2021-08-03

gun az article

Mazandaran əyalətində 3 bəhai kəndli ailəsinin evləri dağıdılıb - VİDEO

2021-08-03

gun az article

Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

2021-08-03

gun az article

İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib

2021-08-03

gun az article

Sabiq deputat Eldəniz Səlimov saxlanılıb

2021-08-03

gun az article

İsraildən Avropa Birliyinə çağırış: ""Tehran qəssabı"nın andiçmə mərasiminə qatılmayın"

2021-08-03

gun az article

Xamneyi yeni "seçilmiş" prezident İbrahim Rəisinin səlahiyyətlərini təsdiq etdi

2021-08-03

gun az article

Azərbaycanda polisi döyən deputatın səlahiyyətlərinə xitam verildi

2021-08-03

gun az article

Blinken: “İranın İsrail gəmisinə qarşı hücumuna koordinasiyalı şəkildə ortaq cavab verəcəyik”

2021-08-03

gun az article

Azərbaycanda benzin bahalaşdı

2021-08-03

gun az article

Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib

2021-08-03

gun az article

Boris Conson: “İran İsrail gəmisinə etdiyi dəhşətli hücumun nəticələri ilə üzləşməlidir”

2021-08-03