SON XƏBƏRLƏR

İran: "Bütün hərbi hücumlara sərt cavab verməyə hazırıq"

2021.10.20, 07:36
İran: "Bütün hərbi hücumlara sərt cavab verməyə hazırıq"

Gunaz.tv
İran İnqilabı Keşikçilər Korpusunun yüksək çinli zabitlərindən Məhəmməd Əli Cəfəri bildirib ki, ölkəyə hər hansı bir hücum, o cümlədən nüvə obyekti hesab edilən ərazilərə hərbi güc tətbiq edilərsə, o zaman İranın Hərbi Qüvvələri buna qarşı sərt cavab verəcəkdir. "Qaynar.info"-nun məlumatına görə, Cəfəri bu sözləri Fars körfəzində hərəkət edən hərbi gəminin göyərtəsində İranın ingilisdilli kanalı PressTV-yə bildirib və əlavə edib ki, Fars və Hörmüz akvatoriyalarında İran hər hansı bir hücumun qarşısını almağa qadirdir. Qeyd edək ki, Hörmüz körfəzində çıxarılan neft ümumilikdə dünya neftinin 40 faizini təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar