İran çalxalanır: “Bu nə həyatdı, bu nə sırtıq axunddu! Bu gün-sabah rədd olacaq axundlar”- 11 VİDEO

05.01.2018, 11:28

GünAzTV: İranda ruhanilərin totalitar hakimiyyətinə qarşı etirazlar davam edir. Yanvarın 4-də İranın 15-dən çox şəhərində hakim rejimə qarşı kütləvi etirazlar keçirilib, ölkənin dini lideri, axund Əli Xamneyiyə qarşı “Ölüm” şüarları səsləndirilib.

 

Ölkənin bütün iri şəhərlərində, əsasən də Tehran və Təbrizdə bütün əsas küçə və meydanlar rejimin silahlı qüvvələrinin nəzarətinə götürülməsinə baxmayaraq, axşam saatlarında dinc aksiyaçılar küçələrə axışaraq dini hakimiyyətə qarşı etirazlarını bildiriblər. Etirazlar, paytaxt Tehran, Məşhəd, Əliqudərz, Zəncan, Dezful, Gövhərdəşt, Şiraz, Şahinşəhr, Sənəndəc, Kirmanşah, İsfahan və bir neçə digər şəhərdə keçirilib.

 

Tehranda etirazlara qatılan on minlərlə aksiyaçı “Xamneyiyə ölüm”, “Qorxmayın, hamımız birlikdəyik” və “Referendum! Budur millətin istəyi” şüarlarını səsləndirərək, hakimiyyətin dinc yollarla dəyişdirilməsi üçün ölkədə referendum keçirilməsini tələb ediblər.

 

Məşhəddə, aksiyaçılar “Top, tank, fişfişə- cəhənnəm olsun axundlar”, Əliqudərzdə isə “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək” şüarları səsləndirərək hakim ruhanilərə öz etirazlarını bildiriblər. Zəncanda isə əhali avtomobilləri ilə küçələrə çıxaraq ardıcıl siqnal çalaraq hakimiyyətə öz narazılıqlarını nümayiş etdiriblər.

 

Etirazlar, Dezful, Gövhərdəşt, Şiraz, Şahinşəhr, Sənəndəc və İsfahan şəhərlərində də keçirilib və etirazçılar İranın dini liderinə qarşı “Ölüm” şüarları səsləndirərək onun hakimiyyətdən getməsini tələb ediblər.

 

İsfahanın Çaharbağ məntəqəsində isə küçələrə çıxan on minlərlə aksiyaçı, “Xamneyiyə ölüm”, “Diktatora ölüm” və “Bu nə həyatdı, bu nə sırtıq axunddu! Bu gün-sabah rədd olacaq axundlar” şüarlarını səsləndirərək rejimə və onun başçılarına kəskin etirazlarını bildiriblər. Yayılan məlumatlara əsasən, dünən İranda keçirilən etirazlarda onlarla dinc aksiyaçı yaxalanaraq naməlum istiqamətə aparılıb.

 

Xatırladaq ki, on günə yaxındır İranın 70-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilir. Hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilir, onların hakimiyyətdən getməsi tələb olunur. Son günlər isə İranın müxtəlif şəhərlərində keçirilən etirazlarda ən azı 25 nəfər ölüb, onlarla aksiyaçı yaralanıb, 1000-dən çox insan həbs edilib.

 

Qeyd edək ki, molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib. Etirazlar davam edir.

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27