SON XƏBƏRLƏR

İran cəfəngiyyatı

2021.10.20, 07:36
İran cəfəngiyyatı

Gunaz.tv
İran cəfəngiyyatı xelef-xelefov0308.jpg Xələf Xələfov: "İranın Xəzərin 50 faizinə malik olması barədə fikirlərinin hüquqi əsası yoxdur" Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov APA-ya müsahibəsində İranın dənizdəki payı barədə bu ölkədəki mənbələrin açıqlamalarının hüquqi əsası olmadığını deyib. Sovetlər dövrü Xəzər dənizində hüquqi məsələlərin həyata keçirilmədiyini xatırladan nazir müavini problemin yalnız 1921 və 1940-cı il sazişləri çərçivəsində tənzimləndiyini diqqətə çatdırıb: "Həmin sazişlərə görə, sərbəst ticarət gəmiçiliyi prinsipi müəyyən olunmuşdu. Yəni SSRİ və İranın ticarət gəmiləri dənizdə sərbəst hərəkət edə bilərdi, 10 mil enində balıqçılıq yurisdiksiyası müəyyən olunmuşdu, bu ərazidə onların balıq tutmaq icazəsi vardı. Eyni zamanda müəyyən təcrübələr tətbiq olunurdu. Məsələn, mineral ehtiyatlardan istifadə ilə əlaqədar demək olar ki, bölgü təcrübəsi formalaşmışdı. SSRİ İrandan asılı olmadan öz sektorunda mineral ehtiyatların hasilatı ilə məşğul olurdu, Neft Daşlarında 40-cı illərdən neft çıxarılmasına başlanmışdı. Nəinki İranla, hətta keçmiş SSRİ respublikaları arasında 70-ci illərdən başlayaraq bölgü prinsipi əsasında mineral ehtiyatların istifadəsi həyata keçirilirdi. Yəni faktiki olaraq, həm İran və SSRİ arasında təcrübəyə əsaslanan şərti sektor mövcud idi, həm də SSRİ respublikaları arasında Xəzərdə iqtisadi fəaliyyət həyata keçirmək üçün sektorlar müəyyən olunmuşdu. Xəzər dənizində ümumi beynəlxalq hüquq səviyyəsində olan təcrübələr mövcud olub. SSRİ süquta uğrayandan sonra da bu qaydalar qüvvədə qalıb. Çünki hüquqi vakuumun yaranması mümkün deyildi, əks halda anarxiya yaranardı". Nazir müavininin sözlərinə görə, həmin hüquqi qaydalar indi də qüvvədədir: "Azad ticarət gəmiçiliyi həyata keçirilir, 10 mil enində balıqçılıq yurisdiksiyası əsas götürülür və s. İranın dənizin 50 faizinə malik olduğu barədə fikirlərin isə heç bir hüquqi əsası yoxdur. Xəzər dənizi ölkələri arasında ümumi razılıq əldə olunub ki, iqtisadi fəaliyyət baxımından Xəzərin mineral ehtiyatlarının istifadəsi baxımından dəniz sektorlara bölünməlidir. Praktiki olaraq bu işə başlanıb və demək olar ki, yarıdan çoxu artıq həyata keçirilib. Qazaxıstan və Rusiya ilə bu məsələni tam bitirmişik, müvafiq sazişlər imzalanıb. Xəzərin şimal hissəsində bu sazişlərə əsasən, tam hüquqi mənada üç ölkə arasında bu məsələləri tam tənzimləmək imkanı əldə etmişik. İnanıram ki, tətbiq edilən bölgü prinsiplərinin Xəzərin digər hissələrində, digər ölkələrlə də tətbiqi üçün böyük əsas var. Bu istiqamətdə biz həm Türkmənistan, həm də İranla danışıqları davam etdiririk. İranla Azərbaycan arasında mütəmadi fəaliyyət göstərən işçi qrupu var, biz vaxtaşırı bu məsələyə qayıdırıq, mövqelərimizi tutuşdururuq, danışıqları davam etdiririk. Əvvəllər İran tərəfdən bu məsələ ilə Mehdi Səfəri məşğul olurdu, indi isə bu vəzifə İran xarici işlər nazirinin birinci müavini Əlirza Şeyx Əttara həvalə olunub. İranla da ikitərəfli münasibətlərin potensialı və səviyyəsi bu məsələlərin danışıqlar çərçivəsində həllinə dair danışıqları davam etdirməyə imkan verir Vüsal MƏmmƏdli ƏDALƏT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar