İran Çinə sığınır: “Tehran güclənən kimi hərbi ekspansiyanı genişləndirəcək”-Politoloq

2021-03-29 15:41

Xəbər verildiyi kimi İranla Çin arasında müxtəlif sahələrdə 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi” imzalanıb.

Gunaz.tv Quote | Gunaz article

Sənədi Tehranda Çinin Xarici İşlər naziri Vang Yi və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif imzalayıb.

Sənədin imzalanmasından əvvəl Vang Yi İran prezidenti Həsən Ruhani və İran parlamentinin keçmiş sədri Əli Laricani ilə görüşərək iki ölkənin müxtəlif sahələrdə birgə strateji əməkdaşlığının genişləndirilməsinin vacibliyinə bir daha təkid ediblər. 

İmzalanmış uzunmüddətli birgə əməkdaşlığa dair sənədin mətni və İranın bununla bağlı Çinə verdiyi imtiyazların detalları hələlik mediaya açıqlanmayıb. 

Bildirilir ki, 25 illik birgə əməkdaşlıq haqda müqavilənin bağlanmasından əvvəl bununla bağlı hazırlanmış rəsmi sənədin mətni və onun bütün detalları İranın “dini lider”i Əli Xamneyi tərəfindən nəzərdən keçirilib təsdiq edildikdən sonra imzalanıb. 

Yayılan məlumata əsasən, imzalanmış sənəddə iki ölkənin iqtisadi sahədə, eləcə də birgə istehsal sahələri, sənaye, mədən, bank, kommunikasiya, ətraf mühit və digər sahələrdə 25 illik birgə əməkdaşlığı nəzərdə tutulur.  

Qərbin sanksiyalarından sonra iqtisadiyyatı çökməkdə olan İran bu sazişdən nə qazanacaq? Tehran Çinə hansı güzəştləri edib?

"Əməkdaşlıq hər iki ölkəyə lazımdır"

Politoloq Natiq Miri Günaz.Tv-yə açıqlamasında bildirib ki, bu əməkdaşlıq hər iki ölkəyə lazımlıdır:

Natiq Miri: “Üçüncü dünya müharibəsinin başlama ehtimalı yox  dərəcəsindədir” – Müsahibə

“ABŞ-da demokratların namizədi Co Bayden hakimiyyətə gələndən sonra yenidən təkqütblü dünyanı bərpa etmək istəyir. 

O, bunu gizlətmir də, açıq söyləyir. Çinin Baydenin prezidentlik dönəmində dünyaya ağalıq edə, inkişaf edə bilməyəcəyini elan edir. Belə bir vəziyyətdə ABŞ-la İran arasında nüvə anlaşması məsələsi də hələlik öz həllini tapmayıb. Buna görə də İran başqa dünya gücü ilə münasibətləri tənzimləməyə çalışır. 

Hesab edirlər ki, bu vasitə ilə İran müəyyən balans yaratmış olacaq. Tehran gözləyirdi ki, Tramp dönəmindən sonra demokratlarla asan dil tapacaq və yenidən 5+1 nüvə anlaşmasına qayıdılacaq. Bu kontekstdə sanksiyalar yumşalacaq, dondurulmuş vəsaitlər yenidən İrana qayıdacaq. Göründüyü kimi bu,  baş verməyib. Yaxın perspektivdə baş verməsi də müəyyən şübhələr yaradır. 

Çünki ABŞ və İran qarşıya qəbuledilməz şərtlər ortaya qoyur.  Ona görə də İran iqtisadi çöküşü dayandırmaq üçün bütün dünyaya iqtisadi ekspansiya edən Çin kimi bir gücü özünə müttəfiq görür. Bu anlaşamanı bu kontekstdə dəyərləndirmək lazımdır. 

Bu gün Çinin regionda İran kimi ölkələrə ehtiyacı var. İranda neft-qaz və digər enerji daşıyıcıları etiyatlarına malikdir. İran Xəzər bölgəsində Çin üçün önəmli dövlətdir. Ayrıca Cənubi Qafqazda da müəyyən rol oynaya bilir. Çin İran vasitəsilə bu ölkələrə də nüfuz etməyi düşünür”. 

"Sazişə görə  hər iki ölkə hərbi təcavüzə məruz qalarsa..."

Sazişdə hərbi əməkdaşlıq məsələsi də var. Politoloq hesab edir ki, müqavilədə Çinin İrana hərbi ekspansiyası nəzərdə tutulmur: 

“Yalnız hərbi əməkdaşlıq nəzərdə tutulur. Çin İranla hərbi əməkdaşlıq kontekstində də anlaşmanın əldə olunması dolayısı ilə ABŞ və İsrailin İrana hərbi müdaxiləsinə qarşı düşünülüb. Saziş  hər iki ölkə hərbi təcavüzə məruz qalarsa, tərəflərin bir-birinə hərbi-texniki dəstəyin mümkünlüyünü ehtiva edir. 

Düşünürəm ki, bu məsələlərin mahiyyəti daha çox iqtisadi yöndədir. Çünki bu gün İranın iqtisadi çöküşünün qarşısını almaq üçün Çin kimi böyük dövlətlə əməkdaşlığa ehtiyac var. İrana qarşı ciddi iqtisadi sanksiyalar tətbiq edilir. İran öz neft və qazını sərbəst şəkildə hər hansı ölkəyə sata bilmir. 

Ancaq Çin güclü ölkədir. Hətta özünə yaxın su hövzələrində belə ABŞ-la üz-üzə gələ bilir.  Çinin İrandan enerji daşıyıcıları alması problem deyil. Yəni bundan çəkinmir. 

Bu gün Çinin iqtisadi ekspansiyasının qarşısını almaq nəinki ABŞ üçün, bütün dünya güc mərkəzləri üçün mümkün olmayan məsələdir. Ona görə də düşünürəm ki, İranla Çin arasında bağlanan bu müqavilə molla rejimi üçün çox əhəmiyyətlidir”.

İran iqtisadi cəhətdən güclənəndə ətraf ölkələrə hakim ideologiyasını-xomeynizmi ixrac etməyə cəhd edir.  İran iqtisadi baxımdan yenidən dirçəlsə qonşu ölkələr, o cümlədən Azərbaycan üçün təhlükəyə çevrilə bilərmi?

Narkotik qaçaqmalçılığından gələn milyardlar...

Natiq Miri bildirib ki, İran “islam inqilabını ixrac etmək” siyasətindən imtina etməyib: 

“İran bu siyasətindən heç zaman əl çəkməyib. İqtisadi cəhətdən zəif olan İran bu gün də hakim ideologiyasını qonşu ölkələrə ixrac etmək siyasətindən vaz keçməyib. İran bölgədən narkotik tranziti üçün istifadə edir. İran İslam İnqilab Keçikçiləri Qvardiyası (“Sepah”) öz büdcəsini narkotik qaçaqmalçılığından doldurur. 

Bu işdən “Sepah” təxminən 20 milyard dollar pul qazanır. Bu günə qədər İran həyata keçirdiyi pis işlərindən vaz keçməyib. Belə görünür ki, İranın pislik bataqlığından çıxmaq niyyəti yoxdur. Bu siyasət davam edəcək. Çünki İranda müsbət islahatlar aparılacağına dair heç bir ehtimal yoxdur. 

Az-çox islahata meylli qüvvələrin növbəti prezident seçkilərində məğlub olacağı ciddi şəkildə proqnozlaşdırılır. Yenidən “Sepah”ın da dəstəklədiyi mühafizəkar qüvvələrin hakimiyyətdə qalacağı gözlənilir. İran hər bir zaman qonşu ölkələrə çox böyük təhlükə mənbəyi olub və bu təhlükə hələ də qalır. Qonşu ölkələr İranla münasibətdə “çomağı əldən verməməlidir”. 

İran öz büdcəsini dolduran kimi yaxın Şərqin ərəb-müsəlman dövlətlərinə hərbi cəhətdən ekspansiyasını gücləndirir. Biz bunu Livanda, Bəhreyndə, Liviyada, Yəməndə görürük. İranın güclənməsi region ölkələrinin maraqlarına cavab vermir”.

Ayxan Turan


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi

2021-05-06

gun az article

Vətən müharibəsində itkin düşmüş zabitimizin nəşi tapılıb

2021-05-06

gun az article

Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq

2021-05-06

gun az article

Azərbaycanda ilk dəfə inşa edilən “Ro-Pax” gəmisi ilə Qazaxıstana yükdaşıma başlanılır-VİDEO

2021-05-06

gun az article

BMT-nin Baş katibi fəlakətin yaxınlaşdığını elan etdi

2021-05-06

gun az article

İcra başçısının qalmaqallı müavini işdən çıxarıldı

2021-05-06

gun az article

Bu tarixdən 18 yaşına çatmış hər kəs vaksin vurdura biləcək

2021-05-06

gun az article

Çavuşoğlu: “Bəzi məsələlərdə Moskva ilə Ankaranın mövqeyi haçalanır”

2021-05-06

gun az article

Koçaryanın Paşinyana qarşı iddiası əsasında məhkəmə başlayıb

2021-05-06

gun az article

Azərbaycanda son sutkada 2057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub

2021-05-06

gun az article

İranın Hormozqan əyalətində tikilmiş yeni raket bazasının peykdən çəkilmiş şəkilləri yayılıb - FOTO

2021-05-06

gun az article

Bağdadda İran rəhbərlərinin şəkilləri yığışdırıldı-Baş nazir göstəriş verdi

2021-05-06

gun az article

Türkiyə XİN: Latviya parlamentinin “erməni soyqırımı”nı tanımasını rədd edirik

2021-05-06

gun az article

Ermənistanın Qarabağ məğlubiyyəti: 1580 cinayət işi açılıb, 628 nəfər istintaqa cəlb edilib

2021-05-06

gun az article

Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq

2021-05-06

gun az article

İranda koronavirusdan daha 338 nəfər vəfat edib, 18 409 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-06

gun az article

Prezident: "Gələn il Türk Şurasına sədrlik Qırğızıstana keçəcək"

2021-05-06

gun az article

Orxan Nəzərli Dövlət Vergi Xidmətinin rəisi təyin edilib

2021-05-06

gun az article

Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edilib

2021-05-06

gun az article

Sergey Lavrov: "Qarabağda vəziyyət normallaşıb"

2021-05-06