SON XƏBƏRLƏR

İRAN DAĞLIQ QARABAĞLA BAĞLI TƏKLİFLƏ ÇIXIŞ EDİB

2021.10.20, 07:36
İRAN DAĞLIQ QARABAĞLA BAĞLI TƏKLİFLƏ ÇIXIŞ EDİB

Gunaz.tv
İRAN DAĞLIQ QARABAĞLA BAĞLI TƏKLİFLƏ ÇIXIŞ EDİB İranın Ermənistandakı səfiri deyib ki, rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırdır. BBC-nin yaydığı xəbərə görə, səfir Səid Əli Sağayan bildirib ki, İran bu məsələdə bitərəfdir və o, regional problemləri həll etməyə müsbət yanaşır. Tehranda keçirilən konfrans zamanı çıxış edən səfir əlavə edib ki, Qafqazda təhlükəsizlik qonşu ölkələrin də xeyrinədir. Bununla belə bölgədə təhlükəsizliyin təmin olunmasında kənar ölkələrin rolu arzuolunmazdır və region ölkələrinin maraqlarına cavab vermir. Siyasət şöbəsi musavat ---------------------------------------------------------------------- Köpək xərçəng xəstəsini iyindən tanıyır it_22iyun.jpg Cənubi Koreyanın biotexnika şirkəti RNL Bio xərçəng xəstələrini qoxusundan tanıyan yapon köpəyindən klon edilmiş dörd labrador küçüyünü açıqlayıb. Şirkət küçüklərin 3 həftə əvvəl doğulduqlarını və sentyabrda təlim üçün Yaponiyaya göndəriləcəklərini deyir. Onların valideyni Marin xərçəng xəstəliyini qoxulamaqla müəyyən edə bilir. Ümid edilir ki, onun klonları da eyni bacarığa malik olacaqlar. Nəzəri cəhətdən xərçəng hüceyrələrinin xüsusi iyi olur. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar