SON XƏBƏRLƏR

İran daha bir antiazərbaycan Telekanalı yaradır

2021.10.20, 07:36
İran daha bir antiazərbaycan Telekanalı yaradır

Gunaz.tv

GünAz TV: İran İslam Respublikası (Cümhuriyyəti) “Hadi TV3” adlı daha bir antiazərbaycan Telekanalı açır.

 

Özünü Quran, islam və Əhli Beyb təbliğatçısı kimi təqdim edən Telekanal, Hotbird uydusundan yayılacaq.

 

Məlumata görə, artıq adını çəkdiyimiz Telekanal bir neçə gündür sınaq mərhələsini keçirir. İran rəsmilərinin sözlərinə görə, Telekanal 2011-ci il sentyabr ayının 14-də (1390-cı il şəhrivər ayının 23-də) rəsmən fəaliyyətə başlayacaq.

 

Şərhçilərin fikrinə görə, İran rejimi yeni istiqlal qazanmış Azərbaycan Respublikasının inkishafının qarşısını almaq, onun mütəqilliyini sarsıtmaq üçün müxtəlif vasitələrlə bu ölkənin daxilinə nüfuz edib və öz antiazərbaycan siyasətlərini yeritmək üçün baza (payqah) yaratmaq istəyir. “SƏHƏR2” Telekanalı illərdir bu zəmində fəaliyyət göstərir. Yeni açılacaq Telekanalın da, SƏHƏR2 Telekanalı ilə paralel (muvazi) hərəkət edəcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar