SON XƏBƏRLƏR

İran Daxili İşlər Nazirliyi: “Kazerunda yeni ərazisi bölgüsü aparılması planının icrası dayandırılıb”- FOTOLAR və VİDEOLAR

2021.10.20, 07:36
İran Daxili İşlər Nazirliyi: “Kazerunda yeni ərazisi bölgüsü aparılması planının icrası dayandırılıb”- FOTOLAR və VİDEOLAR

Gunaz.tv

GünAzTV: İranın Daxili İşlər Nazirliyi mayın 17-də bəyanat yayaraq, Kazerun şəhərində yeni ərazi bölgüsünün dayandırılmasından xəbər verib.

 

Nazirliyin bəyanatı, Kazerunda rejimə qarşı keçirilən bir neçə günlük kütləvi etirazlardan və ən azı 3 aksiyaçının polis tərəfindən öldürülməsindən bir gün sonraya təsadüf edib.

 

Bəyanatda vətəndaşlara xəbərdarlıq edilərək bildirilir ki, hökumət qüvvələri Kazerunda və ətraf bölgələrdə ictimai asayişi pozanlara qarşı sərt tədbir görəcək: “Kazerunda ərazi bölgüsünün aparılması, yeni şəhərin yaradılması ilə bağlı planın icrası, məsələnin hərtərəfli araşdırılmasına qədər dayandırılıb. Bir daha bildiririk ki, hökumət qüvvələri ölkənin ümumi təhlükəsizliyini qorumaq məqsədilə ictimai asayişi pozanlarla qanuna uyğun davranacaq, onlara qarşı sərt tədbir görəcək.

 

Hesab edirik ki, vətəndaşlar ölkə düşmənlərinin bu etirazlardan sui-istifadə etməsinə, onların ictimai asayişin pozulmasından faydalanaraq öz niyyətlərini həyata keçirməsinə imkan verməyəcək”.

 

Xatırladaq ki, mayın 16-sı axşam saatlarından Kazerunda başlanan və gecə saatlarına qədər davam edən dinc etirazlar hüquq-mühafizə qüvvələrinin və mülki geyimli təhlükəsizlik qüvvələrinin zorakılığı nəticəsində qana boyanıb.

 

On minlərlə dinc etirazçının şəhərin İnqilab və Həmidi küçələrində keçirdiyi yürüş, polis və təhlükəsizlik qüvvələrinin vəhşicəsinə hücumuna məruz qalıb və polisin yürüşə iştirakçılarına odlu silahdan atəş açması nəticəsində ən azı 3 etirazçı həlak olub, onlarla insan yaralanıb, 100-dən çox aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb.

 

Polis zorakılığını görən etirazçılar, “Əziz şəhid qardaşım, sənin haqqını zalımdan alacağıq”, “Kazerunlu ölər, zillətə dözməz”, “Ey qeyrətli kazerunlu bizə dəstək ver və sıramıza qoşul”, “Qəzzə zolağına dəstək verillir, Kazeruna isə xəyanət edilir”, “Bişərəf, bişərəf” və “Hüquq-mühafizə qüvvələri, öz hörmətini saxla” və “Qorx o gündən ki, əlimiz silaha sarılsın” şüarları səsləndirərək, bir polis məntəqəsini və bir neçə polis avtomobilini yandırıblar.

 

 

 

VİDEOLAR:

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar