SON XƏBƏRLƏR

İran Dövlət Televiziyasının “Quran və Maarif” telekanalının rəhbəri koronavirusdan ölüb

2021.10.20, 07:36
 İran Dövlət Televiziyasının “Quran və Maarif” telekanalının rəhbəri koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İran Dövlət Televiziyasının “Quran və Maarif” telekanalının rəhbəri Həsən Hatəmxani koronavirusdan ölüb.

 

İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, iki ay əvvəl “Covid-19” virusuna yoluxan və 40 gündən bu yana həkimlərin nəzarəti altında saxlanılan Həsən Hatəmxani bu gün (aprelin 29-da) sübh saatlarında Tehranda müalicə aldığı xəstəxananın reanimasiya şöbəsində keçinib.

 

“Quran və Maarif” telekanalının 53 yaşlı rəhbərinin koronavirus infeksiyasına necə yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 5957 nəfərə, yoluxanların sayının isə 93657 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, indiyə qədər koronavirusdan ölənlərin sayının 36 mini keçdiyini, yüzlərlə min insanın isə xəstəliyə yoluxduğunu bildirirlər

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar