SON XƏBƏRLƏR

İran dünyada adambaşına düşən gəlir sahəsində ən acınacaqlı göstəricilərə sahib ölkələr sırasındadır

2021.10.20, 07:36
İran dünyada adambaşına düşən gəlir sahəsində ən acınacaqlı göstəricilərə sahib ölkələr sırasındadır

Gunaz.tv

GünAz TV: Dünya ölkələrində adambaşına düşən gəlirin orta nisbəti son 10 ildə təqribən 28% artıb.

 

Bu barədə məlumatı İranın həftəlik biznes dərgisi olan “tecarət-e fərda” dərc edib. Məqalədə bildirilir ki, digər ölkələrdən fərqli olaraq, İran adambaşına düşən gəlir sahəsindən ən acınacaqlı və narahat edici göstəricilərə sahib ölkələr sırasında qərarlaşıb. Belə ki, son 10 ildə İranda yaşayan insanların bu sahədə göstəricilərində nəinki artım müşahidə edilməyib, əksinə 2% azalma olub.

 

“Digər ifadə ilə desək, son 10 ildə İran iqtisadiyyatında baş verən artma-azalmalar yerində saymaqdan başqa heç bir məna ifadə etməyib”, - deyə jurnalın məqaləsində vurğulanır.

 

Məlumata əsasən, adambaşına düşən gəlir sahəsində 1-ci yerdə Lüksemburq qərarlaşıb. Ümumiyyətlə, məqalədə dünyanın əksər ölkələrinin sözügedən sahədə irəli getdiyi, İranın isə ya yerində saydığı, ya da gerilədiyi qeyd edilir. Ən yaxşı göstəricilərə sahib ölkələr ilk 5-likdə qərarlaşan Avropanın kiçik ölkələridir. Onlar müvafiq olaraq Lüksemburq, İsveçrə, Norveç, İrlandiya və İslandiyadır.

 

Qeyd etmək lazımdır ki, “tecarət-e fərda” Tehranda yerləşən, İran iqtisadiyyatı üzrə təhlillər hazırlayan həftəlik jurnaldır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar