SON XƏBƏRLƏR

İran dünyanı aldadıb?

2021.10.20, 07:36
İran dünyanı aldadıb?

Gunaz.tv
İran dünyanı aldadıb? İranın Fars Körfəzində keçirdiyi "Böyük Peyğəmbər-3" təlimləri çərçivəsində "Şəhab-3" ballistik raketlərini sınaqdan keçirməsi ABŞ-da şübhə doğurub. Dövlət Departamenti mənsublarının dediklərinə görə, raketlərin buraxılışı faktının özü belə, şübhəlidir. "Bizdə İranın ballisti raketlərin əlavə sınaqlarına dəlalət edə biləcək heç bir fakt yoxdur. Araşdırmalar aparırıq", - Dövlət Departamentinin nümayəndəsi Şok Makkormak deyib. Onun sözlərinə görə, İranın raket sınaqları ilə bağıl yaydıqları videogörüntülər və fotoşəkillərin ekspertizası aparılır. Jurnalistlər isə əmindirlər ki, həmin şəkillər çox aşağı səviyyəli saxtakarlıqdır. Şəkillərdə 4 ballistik raketin buraxılışı əks olunub. Lakin birinci raketlə üçüncü raketin buraxılışı bir-birinin tam təkrarıdır. Bəzi ekspertlər isə hesab edirlər ki, yeni raket sınaqları ümumiyyətlə, olmayıb: şəkildəki raketlər isə ötənilki sınaqlar zamanı çəkilib. //Ekspress

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar