SON XƏBƏRLƏR

İran əhalinin banklara qoyduğu depozitlərdən əldə etdiyi gəlirlərdən vergi tutmaq üçün proqram hazırlayıb

2021.10.20, 07:36
İran əhalinin banklara qoyduğu depozitlərdən əldə etdiyi gəlirlərdən vergi tutmaq üçün proqram hazırlayıb

Gunaz.tv

GünAz TV: "Fars" xəbər agentliyində İran Vegilər Təşkilatı, eləcə də İqitsadiyyat və Maliyyə Nazirliyinin Birbaşa Vergi Məcəlləsində nəzərdə tutduğu dəyişikliklərini əks etdirən sənəd dərc edilib.

 

Həmin sənəddə bildirilir ki, qurumlar dəyişiklikləri hazırlamaqla, vətəndaşların banklara yerləşdirdikləri depozitlərin gəlirlərinə vergi tətbiq etməyə çalışırlar. Bununla da, yeni islahatların qüvvəyə mindiyi təqdirdə, büdcəyə vergilər vasitəsilə əlavə 20-30 trilyon tümən əlavə daxilolmaların təşkil edilməsi proqnozlaşdırılır. Həmin məbləğin böyük hissəsi fiziki və hüquqi şəxslərin banklara qoyduqları əmanətlərin gəlirlərindən tutulacaq vergi olacaq.

 

İslahat layihəsinə əsasən, 6 aydan az müddətdə qoyulan əmanətlərin gəlirlərindən 60%, 6 aydan 1 ilə qədər yatırılan depozitlərin gəlirlərindən 40%, 1 ildən artıq müddətə qoyulan uzun müddətli yatırımların gəlirlərindən isə 20% vergi kimi tutulacaq.

 

Lakin "İrna" xəbər agentliyi İranın İqtisadiyyat və Maliyyə naziri Fərhad Dejpəsəndə istinadən məlumatı təkzib edib. O bildirib ki, Birbaşa Vergi Məcəlləsində bu formada dəyişikliklərin edilməsi hələ ki, irəli sürülməyib.

 

Qeyd etmək lazımdır ki, İran tarixdə ilk dəfə olaraq növbəti iki il üçün 1 büdcə layihəsi hazırlayacaq. Həmin layihədə neft satışından əldə edilən pulların büdcə daxilolmaları sırasından çıxarılacağı bildirilir. Bununla da, dövlət neft gəlirlərinə alternativ olaraq digər sahələrə vergi tətbiq etməklə, büdcə kəsrini aradan qaldıracaq.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar