SON XƏBƏRLƏR

İran əhalisinin əksəriyyəti türklərdi. Molla rejimi türklərin sayını azaltmağa çalışır

2021.10.20, 07:36
İran əhalisinin əksəriyyəti türklərdi. Molla rejimi türklərin sayını azaltmağa çalışır

Gunaz.tv
İran əhalisinin əksəriyyəti türklərdi Molla rejimi türklərin sayını azaltmağa çalışır İran Statistika Mərkəzinin həmin illər üçün təqdim etdiyi rəqəmlərə əsasən Şərqi Azərbaycan vilayətində əhalinin hamısı türk deyə qeyd edilib. Bu sayın 3 milyon 325 min 540 nəfər olduğu vurğulanıb. Qərbi Azərbaycan vilayətinin əhalisinin böyük əksəriyyətini türk olduğu statistikada qeyd edilib ki, əhali sayının 2 milyon 496 min 320 nəfər olduğu əksini tapıb. Ərdəbil vilayəti də bütünlüklə türklərin yaşadığı ərazi kimi sənəddə yer alıb. Bu vilayətin əhali sayının 1 milyon 168 min 11 nəfər olduğuna dair statistik göstəricilər təqdim edilib. Zəncanda yaşayan 1 milyon 36 min 873 nəfər əhalinin hamısının türk olduğu bildirilib. Statistikaya əsasən Həmədan əhalisinin çoxu türk olmaqla ümumi sayı 1 milyon 677 min 957 nəfərdir. Mərkəzi vilayətdə əhalinin bir hissəsinin türk olduğu qeyd olunur ki, ümumi əhali sayının 1 milyon 228 min 812 nəfər olduğu göstərilb. 853 min 44 nəfər əhalisi olan Qumda türklərin çox az sayda olduğu vurğulanıb. Gilanda da əhalinin az bir hissəsinin türk olduğu bildirilən statistikada əhali sayı 2 milyon 241 min 896 nəfər kimi qeyd edilib. Türklərin yaşadığı vilayətlər sırasında Kürdüstanın da adı çəkilib və orada 1 milyon 346 min 383 nəfər əhali arasında türklərin olduğu sənəddə yer alıb. Tehran türkləşir Statistik rəqəmlərdə Tehranın da adı xüsusi olaraq çəkilir. Belə ki, paytaxt əhalinin 50-60 faizinin türk olduğu bildirilir ki, bu rəqəmlərə diqqət yetirsək, ən azı 5,5 - 6 milyon nəfər türkün olduğunu təxmin etmək mümkündür. Belə ki, paytaxtda 11 milyon 176 min 239 nəfərin yaşadığı statistik hesabatda əksini tapıb. Müəllif təqdim edilən statistikaya əsasən hesablamalar apararaq türklərin sayını müəyyənləşdirməyə çalışıb. Şərqi Azərbaycan, Ərdəbil və Zəncan əhalisinin hamısının türk olmasını nəzərə alaraq bu bölgələrdə ümumilikdə 5 milyon 530 min 424 nəfər türkün yaşadığını qeyd edib. Qərbi Azərbaycan Kürdüstan ilə qonşu olduğu səbəbindən ərazidə bəzi kəndlərdə kürdlər yaşayır. Digər tərəfdən İran hökumətinin yürütdüyü siyasət nəticəsində əraziyə çox sayda kürdün köçürülməsi prosesi illərlə davam edib. Məqsəd İrandakı türklərin Türkiyə və Quzey Azərbaycan türkləri ilə əlaqələrini məhdudlaşdırmaq olub ki, sərhəd kəndlərinə, türklərin dədə-baba torpaqlarına kürdlərin köçürülməsi prosesi də bu səbəbdən vüsət alıb. Müəllif bölgədə 15 faiz civarında kürdlərin olduğunu nəzərə alaraq türk əhalisinin 2 milyon 121 min 872 nəfər olduğunu göstərir: "Tehran paytaxt olmaqla yanaşı həmçinin ticarət, sənaye və siyasət şəhəridir. Əgər 1951-ci ildə bu şəhərin əhalisinin 35 faizini türklər təşkil edirdisə, 1978-ci il inqilabından sonra Güney Azərbaycanda işsizlik, sosial-iqtisadi geriləmə səbəbindən paytaxta köç edən əhali bu rəqəmin 60 faizə qaldırılmasına təkan verdi. Tehran ətrafında son illərdə qurulan və sürətlə böyüyən yaşayış massivləri də nəzərə alınmalıdır. Belə ki, İslamşəhərdə 265 min 450, rəsmi sənədlərdə Qüds kimi göstərilən, əhali arasında isə Qala Həsənxan kimi tanınan şəhərdə 138 min 278, Tehranın içərisindəki Kərəc, Mehrşəhr və Rəcayidə 940 968 nəfər əhali olduğu bildirilir. Bunlar böyük türk şəhərlərinə örnək olaraq göstərilə bilər. Bu səbəbdən Tehran vilayətinin 60 faizinin türk soylu olduğu qəbul edilir ki, bu da 6 milyon 705 min 743 nəfər deməkdir". Həmədan Güney Azərbaycanın sərhəd ərazisi olduğundan burada türklər və İranın içərisinə doğru lorlar yaşamaqdadır. Bölgənin ən azı 70 faizini türklər təşkil edir ki, bu rəqəmin 1 milyon 174 min 570 nəfər olduğu göstərilir. Statistik məlumatda türklərin nisbətən az sayda olduqları Mərkəz, Gilan, Kürdüstan, Qum kim şəhərləri də nəzərə alınmaqla bu bölgələrdə ümumilikdə 1 milyon 701 min 40 nəfər türkün olduğunu müəllif öz araşdırmasında qeyd edir: "Bu beş bölgədə nəticələr toplandığı zaman ümumilikdə 17 milyon 233 min 649 nəfər olur". B.Öztürkün qeyd etdiyinə görə, 1978-ci ildən sonra yaranan vəziyyət türklərin başqa bölgələrə də köçünü sürətləndirib. Belə ki, Tehrandan başqa İranın güneyindəki Adalar, Laristan bölgəsinə, liman şəhərlərinə, Quzeydəki Mazandaran bölgəsinə və Məşhəd şəhərinə türklərin axını başlanıb. İran-İraq müharibəsi illərində gənclərin və iş qabiliyyətinə malik olanların köçü daha da sürətlənib. Bu da ölkə əhalisinin sayından 0,1 faizi çıxdıqdan sonra ən azı 428 min 184 nəfərlik bir işçi axını deməkdir: "İran adlanan ölkənin Statistika Mərkəzinin həmin illərdə verdiyi rəqəmlərə görə, ölkənin ümumi əhalisi 60 milyon 55 min 488 nəfər olub. Bunun da 29,4 faizini türklərin təşkil etdiyi mərkəzin təqdim etdiyi rəqəmlərdən görünür. Ordu arxivinin məlumatlarında isə bu rəqəmin 29,01 faiz olduğu göstərilirdi". Bölgələrdə türk toplumları Bunlarla yanaşı müəllif Güney Türkmənistan və Xorasan vilayətlərinə də diqqəti çəkir. Onun yazdığına görə, bu bölgələrdə türklərin oğuz qrupuna aid olan türkmən türkcəsi işlək dildir. Gülüstan adlandırılan bölgənin quzeyində və Xorasanda yaşayan türkmənlər qədim oğuz ellərindən olan salur, imur və dodurqalardan olduqlarını bildirirlər. Bu bölgədə onlar hələ də Göklən, Yomut və Təkətürkmənlər olaraq tanınırlar. Ərazidə həmçinin az sayda da olsa qazax türklərin olduğu bildirilir ki, onlar son zamanlar Qazaxıstana köçürlər. Xorasanın quzeyində, yəni Dərəgəz, Şirvan və Bocnurdda, həmçinin Nişapur, Səbzəvar, İsfərayin, Türbəti-Heydəriyyədə də türklər yaşamaqdadır. Türkmənlər sünni məzhəbində, Xorasan türkləri isə şiə məzhəbindədirlər. Xorasan türkləri Azərbaycan və türkmən türkcəsi arasında bir ləhcəylə danışsalar da, az-az olmaqla özbək türkcəsinin təsirinə də rast gəlinir. Xorasan tükrlərinin əsasən Gəraylı, Timurtaş, Cağatay, Cəlayir, Qarşıquzey, Afşar, Bayat, Ustaclı, Əcirli, Kəngərli, Qaragözlü və başqa ellərin birləşməsindən yarandıqları da qeyd olunur. B.Öztürk bölgədə əhalisi çox olan şəhər və türklərin yaşadıqları kəndlərin siyahısını da təqdim edir. Beləliklə, Qocanda 330 kənd və əhali sayı 11 925 nəfər göstərilir. Səbzəvarda 109 kənd və əhali sayı 80 min 849 nəfər təşkil edir. Dərəgəzdə 99 kənddə əhali sayı 77 min 355 nəfər kimi qeyd olunur. Bocnurdda 193 kənd və 62 min 355 nəfər əhali olduğu vurğulanır. Kavusda 221 kənd və əhali saüyı 47 min 290 nəfər kimi göstərilir. Gorqanda 107 kəndin olduğu bildirilir ki, əhali sayı 43 min 615 nəfər kimi təqdim edilir. Məşhəddə 25 kənddə əhali sayı 9 min 890 nəfər olub. 1998-99-cu il statistikasına görə, Gülüstan Mazandaranın tərkibində olduğundan burada türkmən əhalisinin əksəriyyət təşkil etməsi çətindir. Eyni zamanda Xorasan türkləri də dağınıq halda yaşadıqları üçün müəllif başqa hesablamalar aparmadan ordunun təqdim etdiyi sənədləri əsas götürür: "Bölgədə toplam olaraq 444 min 567 nəfər yaşamaqdadır. Buraya 22 faizlik köçəriləri də əlavə etsək 544 min 812 nəfər olur. Bu isə 1951-53-cü illərdə İranda toplam türk əhalisinin 8,17 faizi, İranın bütün əhalisinin isə 2,91 faizi anlamına gəlir". Ölkənin 81 faizi türkdür Güney və Mərkəz türklərinə diqqəti çəkən müəllifin araşdırmalarına görə, dağınıq halda yaşadıqlarından lorlar, farslar, ərəblər və tatlarla qonşu olan türklər Qaşqay, Həmsə, Kirman, Xuzistan, İsfahan, Ərak türkləri deyə tanınırlar. Qaşqay türkləri Fars, Çarmahale, Bəxtiyari, Boyər Əhməd bölgələrində, az sayda isə Buşehr və Xuzistanda yaşayır. Bu bölgələrdə yaşayan türklər Kayı, Afşar, Bayat və Halac boyları kimi tanınırlar. Hamsələr Fars vilayətinin şərqində, Neyriz şəhərinin ətrafında yaşayır və usanlı, inanlı, nəfər boylarından olduqları bildirilir. Qaşqay və həmsələr köçəri həyat sürməkdədir. Kirman türkləri Afşar və Bıçaqçı boylarından olub Sircan və Ciroft şəhərlərində yaşayır. Xuzistan türkləri Ağacəri, Ramhurmuz və Şüştər çevrəsində yaşayır. İran adlanan ölkənin mərkəz türkləri isə əsasən Bayat boylarından olub İsfahanın Fəridan bölgəsində və Həndudərdə yaşayırlar. Bu bölgələrdə yaşayan türklər şiə məzhəbindən olub Azərbaycan türkcəsinin özlərinə məxsus ləhcəsində danışırlar. Müəllif bölgədə əhalisi çox olan şəhər və türklərin yaşadıqları kəndlərin də siyahısını verib: "47 kəndin olduğu Fəsada 121 min 343 nəfər, 10 kəndin olduğu Larda 111 min 921 nəfər, 82 kəndin olduğu Fəridanda 72 min nəfər, 19 kəndin olduğu Şəhrizada 48 min 395 nəfər, 30 kəndin olduğu Şekerodda 42 min 498 nəfər, 83 kəndin olduğu Sənəndəcdə 39 min 586 nəfər, 65 kəndin olduğu Abadedə 33 min 612 nəfər, 53 kəndin olduğu Kazrunda 29 min 827 nəfər, Şirazda 29 kənd və 24 min 461 nəfər, Buşəhrdə 57 kənd və 23 min 972 nəfər, Mahabadda 10 kənd və 7 min 169 nəfər, Məhəllatda 12 kənd və 5 min 46 nəfər, 12 kəndin olduğu Firuzabadda 3 min 997 nəfər, Kirmanşahda 8 kənd və 3 min 183 nəfər, Xürrəmabadda 3 kənd və 1400 nəfər, Əhvazda 5 kənd və 1260 nəfər, Sircanda 4 kənd və 580 nəfər, Şahabadda 2 kənd və 295 nəfər, digər 100 kənddə isə ümumilikdə 64 min 235 nəfərin olduğu göstərilir. Bu bölgədə də dağınıqlıq çox olduğundan ordunun hesablamaları əsas götürülür. Bu bölgələrdə yaşayan türklərin toplam sayının 638 min 157 nəfər olduğu göstərilir. Bu rəqəmə 22 faizlik köçəri əhali də əlavə edilir və say 778 min 552 nəfər olur. Bu isə İran adlanan ölkədə yaşayan türklərin 11,67 faizinə, ümumilikdə ölkə əhalisinin isə 4,16 faizinə bərabərdir. "Bu statistikadan yola çıxaraq İran adlanan ölkənin əhalisinin 68 milyon 278 min 826 nəfər olduğunu göz önünə alaraq türklərin sayını hesablamaq mümkündür" deyən müəllif rəqəmləri təqdim edir. Beləliklə, Güney Azərbaycanda 20 milyon 73 min 975 türk yaşayır ki, bu da İran adlanan ölkədəki türk nüfuzunun 81 faizinə, ölkənin ümumi əhalisinin isə 29,4 faizinə bərabərdir. (Ardı var) Əmir Turqut olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar