SON XƏBƏRLƏR

İran etirazlarında təhlükəsizlik qüvvələrinin öldürdüyü uşaqların sayı ilə bağlı yeni rəqəm açıqlanıb

2021.10.20, 07:36
İran etirazlarında təhlükəsizlik qüvvələrinin öldürdüyü uşaqların sayı ilə bağlı yeni rəqəm açıqlanıb

Gunaz.tv

GünAz TV: İranda benzinin bahalaşmasına qarşı keçirilmiş aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin atəş açaraq qətlə yetirdiyi 18 yaşdan kiçik uşaqların sayı ilə bağlı yeni rəqəmlər açıqlanıb.

 

İran rəsmilərin etirazlarda öldürülənlərlə bağlı dəqiq rəqəm açıqlamasa da, insan haqları fəallarının qətlə yetirilənlərin ailələri və yaxınlarına istinadən yaydıqları məlumata görə, nümayişlər zamanı azı 20-dən çox uşaq təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

 

Fəallar öldürülən 18 uşağın kimliyini müəyyənləşdirə biliblər. Uşaqlardan 8-i Xuzistan, qalanları isə hərəsində 2 nəfər olmaqla, Kürdistan, Kirmanşah, İsfahan, Tehran və Əlburz əyalətləri sakinləridir.

 

Qeyd etmək lazımdır ki, dekabrın 2-də İran Milli Məclisinin Tehrandan seçilmiş millət vəkili Pərvanə Sələhşuri etirazlar zamanı dəqiq rəqəmləri dilə gətirmədən, bir neçə 18 yaşdan kiçik uşağın öldürülməsi faktını təsdiqləmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar