İran ətrafında hərbi əməliyyatların başlayacağı ilə bağlı narahatlıq yenidən dünyanın gündəminə çıxıb

2008-06-23 21:19

İran ətrafında hərbi əməliyyatların başlayacağı ilə bağlı narahatlıq yenidən dünyanın gündəminə çıxıb. Son günlər İrana qarşı hərbi əməliyyatların başlayacağı daha çox inandırıcı görünür. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Məhəmməd

Gunaz.tv Quote | Gunaz article

İran ətrafında hərbi əməliyyatların başlayacağı ilə bağlı narahatlıq yenidən dünyanın gündəminə çıxıb. Son günlər İrana qarşı hərbi əməliyyatların başlayacağı daha çox inandırıcı görünür. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Məhəmməd əl-Baradeyi İrana hücum olacağı təqdirdə istefa verəcəyi ilə bağlı bəyanat verib. Amerika prezidenti Corc Buşun Avropa turnesinə çıxarkən görüşlərdə İran məsələsinə xüsusi diqqət ayırması da təhlükənin reallığından xəbər verən amil kimi dəyərləndirilir. Tehran rəsmilərinin Buşun bu səfərindən sonra İranın Avropadakı banklardan 75 milyard dollar vəsaitini çıxardığı barədəki açıqlaması, həmçinin Böyük Britaniyanın İran banklarına qarşı sanksiyalar tətbiq etməsi vəziyyətin gərginləşdiyinə işarədir. Hərbi əməliyyatlara start veriləcəyi təqdirdə regionun qaynar qazana çevriləcəyini bildirən MAQATE rəhbərinin bu açıqlaması təhlükənin real olduğunu deməyə əsas verir. Onu da qeyd edək ki, ABŞ İranın nüvə silahının hazırlanması istiqamətində gizli proqram həyata keçirdiyini bəyan edib. Həmçinin Pentaqonda İrana qarşı hərbi əməliyyat planının hazırlanması haqda xəbərlər mütəmadi olaraq mətbuata çıxır. Bir müddət öncə İsrailin İrana aviazərbələr endirəcəyi barədə məlumatlar MAQATE rəhbərinin açıqlamasının təsadüfi olmadığını söyləməyə əsas yaradır. Politoloq Vəfa Quluzadə bildirir ki, İran ətrafında təhlükə kifayət qədər realdır: “İrana qarşı müharibə həmişə gündəmdədir. Çünki siyasətlər bir-birinə tam ziddir. Belə vəziyyət isə bu gün-sabah müharibə ilə bitə bilər”. Politoloq regionun qaynar qazana çevrilməsinin də Amerika üçün əhəmiyyət daşımadığını vurğuladı: “Söhbət ondan gedir ki, bizim bölgə qaynar qazana çevriləcək, Amerikanın bölgəsi yox. Bu, çox təhlükəli məsələdir, amma ona təsir etmək imkanımız yoxdur. Digər dövlətlərin də heç biri Amerika çəkisində deyil ki, ona təsir edə bilsin. Dünyada balans olan vaxtlarda SSRİ məsələni BMT-də qoyur, yaxud da ”nüvə həyəcanı" elan edirdi. Onda da Amerika geri çəkilirdi. İndi Rusiya artıq Amerikaya bərabər qüvvə deyil. Ona görə də Amerika bildiyini edir". V.Quluzadə bildirdi ki, Amerikanın öz planlarını nəyə hesabladığını hələ heç kim bilmir: “Bəzən belə tənqidlər səslənir ki, Amerika İraqda səhvlər buraxıb. Amma o səhvlərin nədən ibarət olduğu deyilmir. Bəlkə Amerika hesab edir ki, belə də olmalıdır?! İraqda istəyinə çatan Amerika indi də İranı siyasi xəritədən götürmək istəyir. Bilmək gərəkdir ki, Amerikanın hesablamaları başqadır”. Politoloqun fikrincə, İraq əməliyyatlarına baxanda ABŞ-ın İranla ziddiyyəti İraqdan daha çox başadüşüləndir: “Amerikanın İranla bağlı müharibədən başqa variantı yoxdur. Çünki İrandakı rejim çox güclüdür və Amerikaya təslim olan deyil. Tehran etiraf etməsə də nüvə silahı yaratmaq iqtidarına yaxınlaşır. Amerika da düşünür ki, İran nüvə silahı əldə edəndən sonra onunla müharibə etməkdənsə indi etmək daha yaxşıdır”. V.Quluzadə müharibə başlayacağı təqdirdə neftin 500 dollara qalxa biləcəyi barədə ekspertlərin fikirlərinin də bu əməliyyatları əngəlləyə bilməyəcəyini düşünür: “Ola bilsin neft qısa müddət üçün 500 dollara qalxsın. Ancaq sonra bu qiymət 15 dollara da düşə bilər. Amerika İran neftini məhv etmir ki... Əksinə, bu əməliyyatlar nəticəsində ABŞ İran neftinə də sahib olacaq. Bu mənada müharibə hər an gözləniləndir”. Cavid TURAN butovaz
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15

gun az article

"Traxtur"un qurucularından biri Abbasqulu Rəsulifər vəfat edib

2021-06-15

gun az article

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15

gun az article

Əhərdə “Vərni şəhəri” simvolunun açılışı olub

2021-06-15

gun az article

Edama məhkum edilmiş məhbus Urmu həbsxanasında dünyasını dəyişdi

2021-06-15

gun az article

Qərbi Azərbaycanda namizədlərin milli geyimli təbliğat banerləri yığışdırılıb-FOTO

2021-06-15

gun az article

Zənganlı ovçu barədə edam hökmü verilib

2021-06-15

gun az article

Həmədanlı hakim beynəlxalq yarışı idarə edəcək

2021-06-15

gun az article

Təbriz-İrəvan aviareysi açılır

2021-06-15

gun az article

Urmulu fəal Salar Tahir Əfşar müvəqqəti azadlığa buraxılıb

2021-06-15

gun az article

GünazTV June.14.2021: PARLAQ GƏLƏCƏK: Məhbuslarla Millətimizin Birliyi, Güney Azərbaycan’in Zəfəri, Güney Azərbaycan İran’dakı İntisabata Yox Deyir

2021-06-14