SON XƏBƏRLƏR

İRAN ƏYALƏTİNDƏ ƏDLİYYƏ TƏŞKİLATININ SƏDR MÜAVİNİ QƏTLƏ YETİRİLİB

2021.10.20, 07:36
İRAN ƏYALƏTİNDƏ ƏDLİYYƏ TƏŞKİLATININ SƏDR MÜAVİNİ QƏTLƏ YETİRİLİB

Gunaz.tv
İRAN ƏYALƏTİNDƏ ƏDLİYYƏ TƏŞKİLATININ SƏDR MÜAVİNİ QƏTLƏ YETİRİLİB İyunun 16-da İranın Sistan-Bəluçistan əyalətinin Səravan şəhərinin ədliyyə təşkilatının məhkəmə üzrə sədr müavini İbrahim Kərimi naməlum silahlı şəxslərin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib. Motosikletdə olan iki silahlı şəxs İ.Kərimini öldürdükdən sonra hadisə yerindən qaça biliblər. «Media forum» saytının məlumatına görə, Sistan-Bəluçistanın ədliyyə təşkilatının sədri İbrahim Həmidi jurnalistlərə açıqlamasında qətl hadisəsini törədənlərin kimliyinin hələlik bəlli olmadığını desə də, hadisəni əyalətdə fəaliyyət göstərən «Condollah» silahlı təşkilatı ilə əlaqələndirib: «Ola bilsin ki, bu terror aktı Əbdülmalik Riginin başçılıq etdiyi «Condollah» təşkilatının bir neçə üzvünün Pakistandan İrana təhvil verilməsinə görə törədilib». İyunun 14-də Pakistan hökuməti «Condollah»ın bir neçə üzvünü, o cümlədən təşkilat rəhbəri Ə.Riginin qardaşı Əbdülhəmid Rigini İrana təhvil verib. Bu şəxslərin İrana təhvil verilməsindən iki gün əvvəl naməlum silahlı şəxslər sərhədyanı Səravan məntəqəsində hüquq-mühafizə qüvvələrinin qərargahına silahlı basqın edərək 16 iranlı hərbiçini girov götürmüşdü. Girovların Pakistan ərazisinə aparıldığı güman edilir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar