İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16 09:22

İnsan haqları müdafiəçisi Nərgiz Məhəmmədi deyir ki, İran həbsxana rəsmiləri həbs edilmiş qadınların iradəsini sındırmaq üçün sistematik olaraq cinsi təcavüz və cinsi təhqirə əl atırlar.

Gunaz.tv Quote | Gunaz article

O bunun özünün də başına gətirildiyini deyir. Qorxu, utanc və mədəniyyətin bəzi xüsusiyyətləri qurbanları susmağa məcbur edə bilər.


Ancaq Məhəmmədi və İranda məhbəs həyatı yaşamış digər qadınlar mayın 27-də "Clubhouse" sosial media platformasında müzakirədə öz təcrübələrini bölüşüblər. Müzakirəyə iranlı Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi də qoşulub.


İbrahim Rəisiyə sual


"Özümü maşına atılmış qoyun kimi hiss etdim", – Məhəmmədi Tehran həbsxanasından ölkənin şimal-qərbindəki Zəncan şəhərinə köçürülməsindən danışarkən deyib.


Həbsxana müdiri onu maşına itələyib, ayaqlarının üstündə oturub və onun üçün siqaret yandırmasını tələb edib.

Nərgiz Məhəmmədi

Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi


"Mən bunu fiziki hücum adlandıra bilmərəm. Onlar məhbusları cinslərinə görə hədəfə alırlar", - Məhəmmədi deyir.


O, daha sonra həbs müddətində digər məhbus qadınların da cinsi təcavüzə məruz qaldıqlarını öyrənib. Bir qadın onu sorğu-sual edən müstəntiqin hücumundan sonra ciddi mental problemlər yaşamağa başlayıb.


"Mən məhkəmə sisteminin rəhbəri İbrahim Rəisidən soruşuram: mən həbsxana müdiri üçün siqaret yandırmalı idim? Mən sizin həbsxana müdiri ilə siqaret çəkməli idim?", – Məhəmmədi deyir.


Məhəmmədi İnsan Haqları Müdafiəçiləri Mərkəzinin sözçüsüdür. Şirin Ebadi tərəfindən yaradılan bu mərkəz hazırda İranda qadağan edilib.


Tanınmış şəxsin başına bunlar gətirilirsə...


2020-ci ilin oktyabrında Məhəmmədi cəzasının nəzərdə tutduğu vaxtdan (10 il) erkən azadlığa buraxılıb. Onun buraxılması səhhəti, eləcə də BMT və insan haqları qurumlarının çağırışları ilə bağlı olub.


Üstündən bir ildən az vaxt keçmiş yenidən 30 aylıq həbs və 80 şallaq cəzasına məhkum edilib. Onu İranın dini hakimiyyətinə qarşı təbliğat aparmaqda, böhtan və həbsxana rəhbərliyinə qarşı üsyanda suçlayırlar.

Tehranda Evin həbsxanası

Tehranın Evin həbsxanası


Məhəmmədi özü kimi tanınmış şəxsin başına gətirilənləri görəndən sonra ictimaiyyət arasında tanınmayan qadınların üzləşməli olduğu hallara görə nigarandır.


"Mən 48-yaşlı qadınam. İnsanlar məni tanıyır. Onların mənimlə necə davrandıqlarını görəndən sonra düşünürəm ki, tanınmayan daha gənc və təkadamlıq kameralarda saxlanan qadınların başına nə işlər gətirirlər", – o deyir.

Məhəmmədinin sözlərinə görə, gənc qadın məhbuslar çox vaxt həbsxana rəhbərliyi tərəfindən bakirəlik testindən keçməyə məcbur edilir.

 

Susqunluğun səbəbi


Həbsdəki ekoloq Nilufər Bəyani ölkə rəhbərliyinə məktub yazaraq 1200 saatlıq sorğu-sual zamanı məruz qaldığı işgəncələri detallı təsvir edib. Onun sözlərinə görə, müstəntiqlər onu zorlama və ölümlə hədələyib, onu vəhşi heyvan səsləri çıxarmağa, seks oyunlarında iştiraka məcbur ediblər.


"Clubhouse" İran qadınlarına real zamanda aparılan müzakirələrdə müxtəlif məsələləri qaldırmaq və ölkə rəsmilərini sorğulamaq üçün yeni platforma verib.


Nobel mükafatı laureatı, uzun illər İranda insan haqları vəkili kimi çalışmış, sonradan mühacirət etməyə məcbur olmuş Şirin Ebadi müzakirə zamanı deyib ki, qadınlar onları zorakılığa məruz qoyanların adlarını çəkib utandırmalıdırlar.


"Çoxları reputasiyalarına görə, yaxud ədalətə ümidləri qalmadığı üçün belə şeylərdən danışmaq istəmirlər", – Ebadi deyib.

Tehranda Evin həbsxanası

Tehranda Evin həbsxanası


Cinsi təcavüz


İnsan haqları fəalı Məryəm Şəfipuru sorğu-sual edən müstəntiq ona deyib ki, səni burada saxlayıb səninlə istədiyimi edə bilərəm. Bundan sonra o, davamlı olaraq cinsi təcavüzdən qorxub.


"O bədənini mənim stuluma yapışdırıb səslər çıxarırdı", – 2014-cü ildə insan haqları sahəsindəki fəallığına görə həbs olunan Şəfipur deyib.


Ancaq ən dəhşətli hekayələr 1979-cu il islam inqilabından sonrakı ilk illərdə həbs olunan qadınların dilindən səslənib. Banu Saberi 1982-ci ildə İranın mərkəzi hissəsində yerləşən İsfahan yaxınlığında səhrada üç kişi tərəfindən zorlanıb. Onun sözlərinə görə, həmin kişilərə islam qanunlarını icra etmək tapşırılıbmış. Saberi 1986-cı ildə yenidən həbs edilib. Bu dəfə də müstəntiqlər ona və ailəsinə, xüsusən də 1988-ci ildə edam edilmiş ərinə təzyiq vasitəsi kimi onu zorlamaqla hədələyiblər. Onun sözlərinə görə, hətta həbsdən azad buraxılandan sonra da rəsmilər ona qarşı cinsi zəmində verbal təhqiri davam etdiriblər. (azadliq.org)


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31