SON XƏBƏRLƏR

İran Hərbi Hava Qüvvələri təlimlərə start verib

2021.10.20, 07:36
İran Hərbi Hava Qüvvələri təlimlərə start verib

Gunaz.tv

GünAz TV: İran ordusunun Hərbi Hava Qüvvələri Simnanda təlimlərə başlayıb.

 

İran ordusunun hava hücumundan müdafiə bölməsinin komandanı Əbdülrəhim Musəvinin iştirakı ilə keçirilən manevrlərdə pilotsuz uçan aparatlar, raket, radar və rabitə sistemləri və digər hərbi texniki vasitələr, eləcə də şəxsi heyətin döyüş bacarıqları və dislokasiya sürəti yoxlanılıb.

 

Təlimlər zamanı həmçinin “şərti düşmən”in hava sərhədini pozmasının qarşısını almaq üçün görülən tədbirlər simulyasiya edilib.

 

Qeyd etmək lazımdır ki, bir neçə gün öncə Amerika Birləşmiş Ştatlarının təyyarə daşıyan gəmiləri körfəzdən keçid edib. İran ordusunun qəfildən yerüstü və hava təlimlərinə başlamasının bununla əlaqəli olduğu ehtimal edilir.

 

İran tərəfi təlimlər zamanı "yerli" istehsal olan radar və hava hücumundan müdafiə sistemlərindən istifadə etdiyini iddia edir. Bir müddət öncə ABŞ Dövlət Departamenti bir neçə ay öncə İranın "yerli" istehsal kimi təqdim etdiyi hərbi ləvazimatların saxta və uzun illər əvvəl digər ölkələrin istehsal etdiyi məhsulların oxşarı olduğunu, bu günün texniki tələblərinin heç birinə cavab vermədiyini isbata yetirən video hazırlamışdı.  

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar