SON XƏBƏRLƏR

İran Heydər əl-İbadinin Tehrana planlaşdırılmış səfərini ləğv edib

2021.10.20, 07:36
İran Heydər əl-İbadinin Tehrana planlaşdırılmış səfərini ləğv edib

Gunaz.tv

GünAzTV: İraqın baş naziri Heydər əl-İbadinin  bu həftə İrana planlaşdırılmış səfəri ləğv edilib. Bu barədə Fransa agentliyi əl-İbadinin mətbuat üzrə müavininə istinadən avqustun 12-də məlumat yayıb.

 

Əl-İbadinin Tehrana səfərinin ləğv olunması ilə bağlı xəbərin yayılması, İraq baş nazirinin Amerikanın İrana qarşı tətbiq etdiyi qadağalara tabe olacaqlarını bildirməsindən bir neçə gün sonraya təsadüf edib.

 

İraq hökumətinin sözçüsü Səəd əl-Hədisi jurnalistlərlə görüşündə səfərin dayandırılmasının əsl səbəbini açıqlamaqdan imtina etsə də, adının çəkilməsini istəməyən İraqın yüksək rütbəli bir rəsmisi “Assoşeytedpress” agentliyinə açıqlamasında deyib ki, Heydər əl-İbadinin Tehrana planlaşdırılmış səfəri İran İslam Respublikası tərəfindən ləğv edilib.

 

İraqın baş naziri Heydər əl-İbadi avqustun 8-də jurnalistlərə açıqlamasında Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalara tabe olacaqlarını bildirib: “Hesab edirik ki, İrana qarşı sanksiyaların tətbiq olunması strateji bir səhvdir. Lakin biz Amerikanın qoyduğu sanksiyalara qarşı olmağımıza baxmayaraq, ona tabe olacaq, qoyulan qadağalara əməl edəcəyik. Biz, hazırkı şəraitdə öz milli maraqlarımızdan çıxış edəcəyik. Çünki biz dünyanın iqtisadi sistemindən kənarda qala bilmərik”.

 

Heydər əl-İbadinin bu açıqlamasının ardınca, İranın dini lideri axund Əli Xamneyinin İraqdakı nümayəndəsi Muctaba əl-Hüseyn jurnalistlərə açıqlamasında İraqın baş nazirini İrana xəyanətdə günahlandırıb: “Bu, həmişə İraqla bağlı sədaqətli mövqedən çıxış edən İrana və İraqın müdafiəsi uğrunda canlarını qurban vermiş İranlı şəhidlərin qanına qarşı xəyanətdir”.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar