İran hökuməti “Şah İsmayıl Səfəvi Fondu” yaradır

2021-01-21 16:05

Xaməneyinin Ərdəbil əyalətində nümayəndəsi, Ərdəbil şəhərinin cümə namazının imamı Seyid Həsən Amuli 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə alternativ qondarma “dünya müsəlman azəriləri günü” mərasimində İranı “dünya azərbaycanlılarının ikinci vətəni” adlandırıb.

Gunaz.tv Quote | Gunaz article

O, 19 yanvar “dünya müsəlman azəriləri” günü tədbirində çıxışı zamanı Azərbaycan Respublikasına toxunaraq deyib: “70 ildən sonra azərilər özlərini itirmədilər, onlar yenidən özlərinin əsil dini kimliklərinə qayıtdılar”

 

Amuli “tarixin təhrif olunması”nın qarşısının alınmasının vacibliyindən danışaraq “ddünyada yaşayan bütün azərilərin iki vətəninin olduğunu, birinin doğulduqları yer, digəri isə İran olduğunu” söyləyib.

 

Cümə imamı “azəri” dilinin qaydalarının müəyyənləşdirilməsinin və “azəri dili sözlüyü”nün nəşrinin, “azəri mədəniyyəti”nin qorunmasının vacibliyini bildirib.
S.H.Amuli “azəri mədəniyyəti və dini kimliyinin təhlükələr qarşısında qorunmasının zəruriliyindən” danışaraq elan deyib:

 

“Bu gün buradan Şah İsmayıl Səfəvi Fondunun yaradılmasını bildiririk. Bütün dünya ələviləri Şah İsmayıl dövrünün ələvilərini təqib etməlidirlər. Bu isə İran ali rəhbərinin liderliyi ilə mümkündür.”

Amuli Qarabağ məsələsinə toxunaraq tarixi abidələrin yenidən qurulmasında “Səfəvi-İrani” kimliklərinin itirilməməsi üçün bu işin iranlı mütəxəssislər tərəfindən aparılmasında israr etdiklərini bəyan edib.
 

Qeyd edək ki, “19 yanvar dünya müsəlman azəriləri” günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə alternativ olaraq elan edilib.

 

Amolinin dediyi qondarma “azəri dili sözlüyü” isə Tehran hökumətinin Amolinin dili elan etdiyi alternativ Azərbaycan dili sözlüyüdür.

 

Bu barədə yanvar ayıının 5-i İranın Mədəniyyət naziri Seyid Abbas Hüseyninin iştirakı ilə Ərdəbiul şəhərində keçirilən toplantıəda Ərdəbil əyalətinin qubernatoru Əkbər behnamcu xəbər vermişdi.

 

Yanvar ayının 6-da isə İranın Prezident Admnistrasiyasında Azərbaycan Respublikası ilə bağlı işlər üzrə məsul Bəhmən Hüseynpurun Ərdəbil qubernatoru ilə görüşündə Qarabağda tarixi abidələrin yenidən qurulması işində iranlı mütəxəssislərin iştirakının vacibliyini, bunun üçün lazim olan bütün hazırlıq işlərinin görüldüyünü açıqlamışdılar.

 

Bəhmən Hüseynpur və Əkbər Behnamcu “dost və qardaş ölkənin tarixi abidələrinin yenidən qurulması ilə bağlı əyalət ustaları və mütəxəssislərinin koordinasiya işləri başa çatıb” fikri səsləndirilmişdir.

 

Yanvar ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyin olunan Mədəniyyət Naziri Anar Kərimovu video konfrans formatında qəbul etdiyi zaman bəzi ölkələrin Azərbaycandan icazəsiz şəkildə və təmir adı altında Şuşa məscidinin simasını dəyişdirdiklərini sərt tənqid etmişdi. İrəvan və Şuşa məscidinin İran ustaları tərəfindən “təmir” olunduğu nəzərə alsaq Prezidentin bu ölkəni nəzərdə tutduğunu deyə bilərik.

 

Xatırladaq ki, dəfələrlə ünvanlanan müraciətlərə baxmayaraq bu günə kimi ərdəbilli dilçilərində daxil olduğu Azərbaycan dilçi və alimləri tərəfindən hazırlanmış Azərbaycan türkcəsi sözlüyünün nəşrinə əlaqədar qurumlar icazə verməyiblər.
 
“İslami İrşad Təşkilatı” və başqa yetkili qurumlar bu sözlüyə “Bakı dili lüğəti” damğası vuraraq çap olunmasına mane olublar. bunu nəzərə alaraq S.H.Amolinin dediyi “azəri dili sözlüyü”nün hansı dilə və mədəniyyətə qulluq edəcəyini təxmin etmək olar.

​​​​​​​

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Siyasi məhbus Rza Vasiqi məzuniyyətə buraxılıb

2021-03-07

gun az article

Təbrizdə bahalığa qarşı etiraz aksiyası keçirilib

2021-03-06

gun az article

İranlı rəsmi iqtisadi problemlərin işıqlandırılmasını “mətbuatın şüytanlığı” adlandırıb+video

2021-03-06

gun az article

Kəndlilər Tikantəpə qızıl yatağının qeyri-standard fəaliyyətinə etiraz edir+video

2021-03-06

gun az article

Qəzvin əyalətində koronovirusa yoluxma sayında çoxalma qeydə alınıb

2021-03-06

gun az article

GünazTV March.05.2021: Körpü: Qadın və Müharibə

2021-03-06

gun az article

GünazTV March.05.2021-Azadlıq səsi: İranda seçki oyunlarina hazirliq

2021-03-06

gun az article

Ocanda qalın qar səbəbindən 100 kənd ətrafdan təcrid olub

2021-03-05

gun az article

İranda uçaq qaçırmağa cəhd olunub+video

2021-03-05

gun az article

Süngün mis mədəninin zəhərli tullantıları çaya buraxılır+video

2021-03-05

gun az article

İrandan Ermənistana hərbi texnikanın daşınması davam edir

2021-03-05

gun az article

İşgəncəyə məruz qalan mədəni fəal haqqında Azadlıq radiosu veriliş yayınlayıb+video

2021-03-05

gun az article

Saman Bidar Ərdəbil həbsxanasının istintaq təcridxanasına köçürülüb

2021-03-05

gun az article

Güneyli sosial şəbəkə istifadəçiləri mədəni fəala dəstək kampaniyası başladıblar

2021-03-05

gun az article

GünazTV March.04.2021-Sözümüz: Mən Dilimlə Yaşaram, Qarabağ Savaşından Sonra İranın Tutumu

2021-03-05

gun az article

GünazTV March.04.2021- Düşünməyə Çağırı: Millət Qurucuları

2021-03-05

gun az article

Türkiyə Prezidenti: “Qarabağda təhlükəsizliyin bərpasına yardım etməliyik”

2021-03-04

gun az article

İran mətbuatında türklərə qarşı təhqirlərə cavab olaraq “Firdovsi”nin adı küçə lövhələrindən silinib

2021-03-04

gun az article

Həmədan əyalətində narkomaniya və oğurluq artıb

2021-03-04

gun az article

Son 24 saatda Qəzvində 125 nəfər koronovirusa yoluxub

2021-03-04