Qərbi Azərbaycanda silah-sursat tapılıb?- İran hökumətindən üçüncü iddia

2021-07-29 19:50

İran hökuməti son həftədə üçüncü dəfə olaraq Qərbi Azərbaycanda silah-sursat tapdığını iddia edib.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycan əyalətinin Dövlət Sərhəd Xidmətinin komandiri Yəhya Hüseynxani əyalətin Sərdəşt bölgəsinin dağ keçidlərində 3860 ədəd müxtəlif kalibrli mərminin aşkar edildiyini bildirib.

O, sursatın kimə, hansı qrupa aid olduğu və kimlərinsə saxlanııb saxlanılmaması barədə hər hansı əlavə açıqlama verməyib.
Qeyd edək ki, bu son həftədə bu qəbildən olan üçüncü iddiadır. 

İyulun 27-də İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının “Həmzə Seyyid Əl-Şühədə” qərargahı Qərbi Azərbaycan əyalətində terrorçuları zərərsizləşdirdiyinə dair açıqlama yayıb.  

Bildirilir ki, Bukan sərhəd bölgəsində təxribat törətmək və təhlükəsizliyə qarşı əməliyyat həyata keçirmək istəyən 3 nəfərlik silahlı qrupla atışma baş verib.

Atışma nəticəsində silahlılardan ikisi öldürülüb, biri yaralanıb. Çoxlu sayda silah-sursatın ələ keçirildiyi iddia edilib.
“Silahlı qrupa yardım etmək istəyən daha 3 nəfər həbs olunub”-deyə,  bəyanatda qeyd olunub.

Bundan öncə ötən həftə SEPAH eyni iddia ilə çıxış edərək ölkədə silahlı təxribat törətmək istəyən qrupu zərərsizləşdirdiyi barədə məlumat yaymışdı.

Bununla yanaşı iyulun 24-ü səhər saatlarında SEPAH Qərbi Azərbaycan sərhədlərində külli miqdarda silah-sursat aşkarladığını bildirmiş, bunun ölkədə təxribat əməliyyatları keçirmək istəyən “quldur” və “əks inqilabçı” qruplara aid olduğunu iddia etmişdi.

Xatırladaq ki, Qərbi Azərbaycanın cənub qərb sərhədlərində ara-sıra kürd silahlı qruplaşmaları və PKK terror təşkilatının İran qolu olan “PEJAK” fəallıq göstərir.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:
SEPAH Qərbi Azərbaycanda terrorçuları zərərsizləşdirdiyini iddia edib

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16