İran hökuməti Təbrizdən İrəvana aviareys açmağa hazırlaşır

2021-06-23 11:43

İran hökuməti Təbrizdən İrəvana təyyarə reysləri təşkil edəcək.

Gunaz.tv Quote | Gunaz article

Şərqi Azərbaycan əyalətinin Hava Limanları Baş İdarəsinin rəisi Ramin Azəri Təbriz-İrəvan marşrutu üzrə uçuşların iyul ayının 1-dən etibarən başlayacağını bildirib.

Onun sözlərinə görə, İrəvana uçuş ilk dəfədir ki, Təbriz hava limanından həyata keçirilir və qrafikə əsasən hər həftənin bazar ertəsi və cümə axşamı günləri (İrəvandan uçuş saat 10:20-də və Təbrizdən yola düşmə saat 13:30-da) yerinə yetiriləcək.

Bu gün 23 iyunda “İRNA” xəbər agentliyinə müsahibə verən Ramin Azəri İrəvandan Təbrizə uçuşların Ermənistanın “Ameniya” aviaşirkəti tərəfindən həyata keçiriləcəyini qeyd edib. O, bununla da Təbriz hava limanından həftəli xarici uçuşların sayının 32-ə çatacağını deyib.

Xatırladaq ki, Ramin Azəri iyunun 6-da bu barədə açıqlama verərək Təbriz-İrəvan aviareyslərinin yaxın gələcəkdə baş tutacağını elan etmişdi.

Ramin Azəri və başqa əlaqədar məsullar nümayişkaranə şəkildə bu mövzunu tez-tez gündəmə gətirir, məsələ ilə bağlı mətbuata müsahibə verirlər.

Qeyd edək ki, işğalçı Ermənistanla dostluğunu heç vaxt gizlətməyən İran hökuməti bu gün də İrəvanla hərtərəfli əlaqələri genişləndirir. 
Azərbaycana da tez-tez səfərlər edən İranın yüksək səviyyəli rəsmiləri ikili oyun oynayır.

Rəsmi Tehran sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini elan edir, ərazilərinin işğaldan azad edilməsindən mumnun olduğunu bildirir.

Ancaq Ermənistana dəstəyini davam etdirir və Zəngəzur dəhlizinin açılmaması üçün bütün mümkün təxribatlara əl atır.

C.E


Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:
Təbriz-İrəvan aviareysi açılır

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30