İran hökuməti “Türk Xalq Fədaisi” adı ilə saxlanılan güneyli fəalı “peyğəmbəri təhqir etmək” ittihamı ilə edam etmək istəyir

2021-04-24 15:39

​​​​​​​“Türk Xalq Fədailəri Partizanları” qrupunun rəhbərlərindən biri kimi həbs olunan Ərdəbilli fəala qarşı irəli sürülən ittihamlar bəlli olub.

Gunaz.tv Quote | Gunaz article

Onu “İslam peyğəmbərini və müqəddəsləri təhqir etmək”də ittiham ediblər. 
Məhkəmə Ərak həbsxanasında saxlanılan Güney azərbaycanlı siyasi məhbus barəsində ölüm hökmü çıxarıb.

 

Aprelin 22-də Ərak şəhərinin Cinayət Məhkəməsinin 1-ci şöbəsi Ərdəbildən olan güney azərbaycanlı məhbus Yusif Mehrdad və hələlik kimliyi bəlli olmayan başqa bir məhbus barəsində edam hökmü verib.

24 may 2020-ci il tarixində Ərdəbildə həbs olunan Yusif Mehrdad barəsində “islam peyqəmbərini söymək” ittihamı ilə bağlı edam qərarı çıxarılsa da, bu, onun barəsində həbs olunduğu zaman irəli sürülən ittihamlarla ziddiyyət təşkil edir.

 

Yusif Mehrdad 2020-ci ilin mayın 24-də Səreyində həbs olunub. Həbsi barədə xəbər 14 iyun 2020-ci ildə Ərdəbil Əyalətinin İslam Keşikçiləri Korpusunun “Həzrət Abbas” briqadasının kəşfiyyat komandiri tərəfindən elan edilib.

 

Briqada komandiri onun “rejimə qarşı təbliğat və silahlı hərəkətə keçmək üçün rejimin müxaliflərini cəlb etməyə çalışdığı”na görə təhlükəsizlik və kəşfiyyat məmurları tərəfindən saxlanıldığını bildirmişdi.

Daxildə və xaricdə fəaliyyət göstərən fars dilli mətbuat isə xəbəri “”Türk Xalq Fədailəri Partizanları”nın əsas rəhbərlərindən biri həbs olundu” yayınlamışdılar.

 

İran məhkəmə sistemi bir çox hallarda siyasi məhkumları “islam peyğəmbərini və islam müqəddəslərini təhqir etmək” kimi qondarma ittihamlarla uzun müddətli həbslərə və edama məhkum edir.

Bu, onların siyasi baxışlarını və müxalifətçi mövqeləri kölgəyə salmaq, cəmiyyət qarşısında siyasi məhbusların və müxalifətçilərin barələrində çıxarılan edam hökmlərinə bəraət qazandırmaq üçün edilir.

 

Xüsusilə Güney Azərbaycan Milli Hərəkatına mənsub şəxslər barəsində uzun müddətli həbs və edam hökmü verməkdən çəkinən Tehran rejimi bunu “islam müqəddəslərini təhqir etmək”, “xarici ölkələrin kəşfiyyatı ilə əməkdaşlıq” və başqa bu kimi absurd ittihamlar adı altında həyata keçirmək istəyir.

 

İranın rəsmi mediası və xaricdə fəaliyyət göstərən farsdilli mətbuat Azərbaycan Milli Hərəkatına qısqanc mövqedən yanaşdıqlarına görə, bu məzmunlu xəbərləri İran məhkəmə sisteminin verdiyi rəsmi açıqlamalara uyğun yayınlayır.

 

Beynəlxalq Əfv Təşkilatının yayınladığı son hesabatda bildirilir ki, 2020-ci ildə İranda ən azı 246 nəfər edam olunub. Edamların dəqiq sayı bilinməyən Çin Xalq Respublikası nəzərə alınmasa İran dünyada edam sayına görə birinci yerdədir.

 

Qeyd edək ki, İranda edam olunanların dəqiq sayı mətbuatda açıqlanmır. Bir sıra edamlar gizli şəkildə həyata keçirilir və bu barədə edam olunan şəxslərin ailələri məlumata verməmələri üçün təhdid olunur.

 

İnsan haqları təşkilatları rəsmi şəkildə və mətbuatda açıqlanmayan edamlara gizli edam adı veriblər. Beynəlxalq təşkilatlara görə, İran hökuməti gizli edamların sayına görə də dünyada ilk yerdədir.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22

gun az article

Qərbi Azərbaycanın su anbarlarında suyun həcmi azalıb

2021-06-22

gun az article

Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

2021-06-22

gun az article

Zənganlı velosipedçi “2021Tokio Paralimpiadası”na qatılacaq

2021-06-22

gun az article

Güney Azərbaycanın Salmas şəhərində məhbus dar ağacından asıldı

2021-06-22

gun az article

Qəzvində tarixi abidə dağılır- "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir

2021-06-22

gun az article

Şərqi Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı

2021-06-22

gun az article

Güney Azərbaycanda meşə yanğınları baş verib-VİDEO

2021-06-22

gun az article

GünazTV June.21.2021: PARLAQ GƏLƏCƏK: Ermənistan’da Seçkilər və Şuşa Bəyannaməsi, İran rejimində saxta seçkilərin nəticəsi və Güney Azərbaycanın gələcəyi

2021-06-22

gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21