SON XƏBƏRLƏR

İran hökumətindən gizlicə Qarabağda savaşan meşginşəhrli soydaşımızın yas mərasimi keçirilib – GÖRÜNTÜ

2021.10.20, 07:36
İran hökumətindən gizlicə Qarabağda savaşan meşginşəhrli soydaşımızın yas mərasimi keçirilib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Sərhəddi gizlicə keçərək Azərbaycan ordusu ilə birlikdə erməni işğalçılarına qarşı savaşan meşginşəhrli (xiyavlı) soydaşımızın 40 mərasimi keçirilib.

 

Mərhum Ruhulla Dadaşnəjadın 40 mərasimi yanvarın 25-də doğulduğu yerdə keçirilib.

 

Ruhulla Dadaşnəjad ermənilərin Dağlıq Qarabağa hücumu zamanı İran hökumətindən gizlicə cəbhə bölgəsinə gedən güneyli soydaşlarımızdan biri olub. Aylarca Dağlıq Qarabağda savaşan soydaşımız İrana qayıtdıqdan sonra təqiblərə məruz qalıb, o bir müddət həbs edilib və dəfələrlə Ettelaat İdarəsinə çağırılaraq sorğu-suala tutulub.

 

İran rejimi Azərbaycan-Ermənistan müharibəsində işğalçı Ermənistanın yanında olub, ona hərbi və iqtisadi yardım göstərib. Rejimin Azərbaycana qarşı qərəzli mövqeyinə baxmayaraq bir çox güneyli soydaşımız sərhəddi gizlicə keçərək cəbhə bölgəsinə yollanıb və erməni quldurları ilə döyüşüblər. Onlar İrana qayıtdıqdan sonra rejimin məhkəmə orqanlarında mühakimə olunub.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar