İran hökumətinin türk adlarına qadağısı davam edir- Yağış və Atakana sənəd verilmir

2021-01-31 11:55

Son vaxtlar məsələ ilə bağlı mətbuatda gedən çoxsaylı xəbərlərə münasibət bildirən İranın bir sıra əlaqədar qurumlarının dediklərinin tərsinə olaraq, türk adlarına qadağa davam edir.

Gunaz.tv Quote | Gunaz article

Türk valideynlərin uşaqlarına seçdikləri türk adların sənədləşdirilməsi və kimlik bəlgəsinin verilməsi ilə bağlı İranın “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”nin qadağaları barədə verdikləri xəbərlərə daha iki nümunə əlavə olunub.

 

Güney Azərbaycanın Sayınqala (Şahindej) şəhərindən olan Babək Qabilnəjad özünün “instagram” hesabında paylaşdığı yazıda bu günə kimi “Yağış” adı seçdikləri üçün övladına sənəd ala bilmədiyini bildirib.

 

Sayınqala şəhərinin “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”nin rəisi Həmid Cəlili Qərbi Azərbaycan əyalətinin “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”nin rəisinə göndərdiyi məktubda bildirib ki, “idarə əməkdaşlarının ətraflı təlimatlarına baxmayaraq “Yağışı”ın valideynləri təsdiq olunmuş adlardan birini seçməkdən imtina edib və özlərinin seçdiyi adın sənədləşdirilməsində israr edirlər.”

 

Başqa bir türk ailə başçısı Əli Çubanidə “instagram” hesabında 13 avqust 2017-ci il tarixində dünyaya gələn oğluna “Atakan” adı seçdiyi üçün bu günə kimi Təbriz şəhərinin “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”ndən kimlik bəlgəsi ala bilmədiyini bildirib.

 

Bundan bir neçə gün öncə “Ayıl”, “Anar” və “Sevgi”nin valideynləri “instagram” hesablarında və mətbuata verdikləri müsahibələrdə övladlarına türk adları seçdikləri üçün “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”ndən kimlik bəlgəsi ala bilmədiklərini bildiriblər.

 

Onlar, məsulların “bu adların idarənin adlar siyahısında olmadığı və bu barədə verilən sərəncamlara uyğun gəlmədiyi üçün adları sənədləşdirməkdən imtina” etdiklərini deyiblər.

 

Kimlik sənədi olmayan uşaq bütün ictimai, tibbi, təhsil və b. xidmətlərdən, o cümlədən ən ilkin hüququ olan peyvən vurulmasından məhrum olur. Eyni halda, siğorta və müalicə kitabçası olmadığı üçün müayinə, müalicə, dərman və başqa xidmətlər azad qiymətlərlə hesablanır. Bu ölkədə infliyasiyanın hökm sürdüyü şərayitdə valideynlərin övladlarına vaxtında yetərli qayğı göstərə bilməsinə əngəl törədir.

 

Dünyaya gələn hər bir uşağın ada malik olması İranında imzaladığı “Uşaq Hüquqları Konvensiyası”nın ilkin prinsiplərindəndir. Ancaq İran hökuməti ardıcıl olaraq bu öhdəliyi yerinə yetirməkdən imtina edib və imzaladığı razılaşmaya əməl etmir.
 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Mərənddə tarixi əşya qaçaqçıları saxlanılıb

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08

gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07

gun az article

Urmuda əməliyyat: Döyüş silahları ələ keçirildi

2021-05-07

gun az article

Təbriz-İzmir aviareysləri bərpa edildi

2021-05-07

gun az article

"Milli yola inamımız dəmir barmaqlıqları sındıracaq"-Ərdəbildə siyasi məhbuslarla görüş keçirilib

2021-05-07

gun az article

GünazTV May.06.2021-Sözümüz: Fuzuli

2021-05-07

gun az article

GünazTV May.06.2021- Düşünməyə Çağırı: Milli Ruh və Bütöv Azərbaycan

2021-05-06

gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06