SON XƏBƏRLƏR

İran idmançılarının xarici ölkələrə sığınması davam edir- Foto

2021.10.20, 07:36
İran idmançılarının xarici ölkələrə sığınması davam edir- Foto

Gunaz.tv

GünAz TV: İranda iqtisadi vəziyyət ağırlaşmasından sonra bir çox sahələrdə çalışanlar, eləcə də idmançılar ölkəni tərk etməyə başlayıblar.

 

Bu xüsusda xarici ölkələrdə beynəlxalq idman yarışlarına qatılan idmançılar sonradan İrana qayıtmamağa başlayıblar. Bu dəfə fiziki məhdudiyyəti olanlardan ibarət oxatma üzrə İran milli komandasının üzvü Puriya Cəlalipur Hollandiyada iştirak etdiyi idman yarışından sonra ölkəsinə geri dönməkdən imtina edib.

 

O, bu yarış zamanı 2020-ci ildə Tokioda keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə qazandıqdan sonra İran milli komandası ilə ölkəsinə qayıtmayıb. Bununla da idmançının Hollandiyadan sığınacaq aldığı ilə bağlı söz-söhbətlər yayılıb.

 

İran Milli Oxatma Federasiyası isə Puriya Cəlalipurun Hollandiyadan sığınacaq alması məsələsini təkzib edib. Federasiyanın açıqlamasında bildirilir ki, o, məşqçiyə xəbər vermədən, ailəsini görmək üçün Belçikaya gedib və 1 aylıq vizası var.

 

Bundan öncə də Əmmad Xələc adlı digər iranlı oxatan Amerikada keçirilən idman yarışında iştirak etdikdən sonra ölkəsinə geri qayıtmaqdan imtina etmişdi. O, hazırda Kanadadır və Amerikadan sığınacaq almaq üçün qanuni prosedurun tamamlanmasını gözləyir.

 

Son aylar ərzində iranlı idmançıların xarici ölkələrə sığınması halları artıb. İdmançılar özləri bildirirlər ki, bunun əsas səbəbi İranda idman sahəsinə rəhbərlik edən şəxslərin səriştəsizliyi, ayrı-seçkilik, aylıq əməkhaqlarının aşağı olması və digər bu kimi amillərdir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar