SON XƏBƏRLƏR

İran İqtisadiyyatı Düzələcəkmi?

2021.10.20, 07:36
İran İqtisadiyyatı Düzələcəkmi?

Gunaz.tv
İran prezidenti Mahmud Əhmədinejad nəhayət ki, onun baş tutmayan siyasətləri və beynəlxalq sanksiyalar nəticəsində ölkənin düşdüyü ağır iqtisadi vəziyyətini düzəltməyə cəhd göstərir. Onun bu məqsədlə attığı bəzi addımlar mahiyyətcə yeni deyildir: onunla razılaşmayan dövlət məmurlarını işdən çıxarır. Bununla belə o ən azından problemlərin olduğunu etiraf edir və yaxın gələcəkdə qəti addımlar atacağı barədə xəbərdarlıq edir. Buna baxmayaraq, həm İran, həm də dünyanın əksər iqtisadi ekspertlərinin dediyinin əksinə, prezident BMT-nin tətbiq etdiyi sanksiyaların heç bir təsirinin olmadığını iddia etməyə davam edir. Prezident Əhmədinejad BMT-nin tətbiq etdiyi sanksiyaların ölkə iqtisadiyyatına heç bir təsirinin olmadığını bəyan etməyə davam etsə də, İran iqtisadiyyatının üst səviyyədə olduğunu da iddia etmir. Əksər iqtisadi ekspertlər isə İİR-in beynalxalq aləmdən təcrid edilməsinin onun iqtisadiyyatına böyük zərbə vurduğu qənaətindədirlər. Uranın zənginləşdirilməsi proqramı üzrə İranın nüvə danışıqlarındakı sabiq vasitəçisi, Əli Laricani, hökümət nümayəndələrinin beynalxalq sanksiyaların nəticələrini azaltmağa cəhd göstərərək verdikləri bəyanları “şok edici” hesab edir. Mart ayında Laricani, prezidentə qarşı mövge tutmuş müəyyən sayıda millətvəkilinin olduğu parlamentə seçilmişdir. Laricani deyir: “Bu sanksiyalar iqtisadiyyatımıza yükdür. İnflyasiya artışı, daima yüksek işsizlik səviyyəsi və yüksək yaşayış minimumu – sanksiyaların birbaşa nəticələridir”. İqtisadçı Mohammadgholi Yousefinin apardığı analizlərin nəticələri, Laricaninin narahatlıqlarının əsassız olmadığını təsdiqləyir. Tehranda İskanews agentliyinin müxbirinin suallarına cavab verən Yousefi İranda iqtisadi vəziyyətin “son dərəcə kritik” olduğunu vurğulayaraq “sanksiyaların xarici kapital yatırımlarının durmasına və milli kapitalın ölkədən çıxmasına gətirdiyini” bildirib. İranın mərkəzi maliyyə quruluşu olan “Markazi” bankının müdiri Tahmaseb Mazaheri Yousefinin fikirləri ilə razılaşanlardan biridir. Fevral ayında İranda şose yolu tikmək üçün razılığa gələn Çin şirkəti, izahat vermədən imzalanan müqaviləni ləğv etmişdir. Eyni zamanda İran hökümət nümayəndələri bəzi böyük Çin banklarının İran sənaye və maliyyə müəssisələri ilə imzaladıqları müqavilələri ləğv etmə qərarlarını qınayıb. Cari ilin əvvəlindən gəlirlərinin əsas payını İran neftinin ixracindan əldə edən Çinin dörd əhəmmiyyətli bankı İran şirkətləri ilə münasibətlərini dondurmuş və bunun nəticəsində İİR-ə yüz milyonlarca dollar dəyərində zərər dəymişdir. Bu qərar ilk olaraq öz təsirini avtomobil sənayesində göstərmişdir. İranın ən böyük avtomobil müəssisəsi “Khodro”nun baş direktoru Manouchehr Manteqi mövzuya toxunaraq “Çin banklarının elan ettiği boykot, Çin avtomobilqayırma müəssisələri ilə imzaladığımız sazişi faktiki olaraq ləğv etmişdir” deyir. Çin bankları İranın avtomobil sənayesinə 300 milyon avro dəyərində yatırım planlaşdırırdı, ancaq indi İran bu pulu ala bilməyəcək. 27 fevralda, Tehranın və Pekin arasında imzalanmış bir başqa saziş - İran körfəzində İran qaz yataqlarınının birgə istismarı sazişi də ləğv edilmişdir. Çinin “Chinapek” şirkəti bu sazişi imzaladığı təqdirdə, sazişin şərtlərinə əsasən İran 16 milyard ABŞ dollar alacaqdı. Ancaq Çin heyəti yekun görüşə gəlməyərək bu razılaşmadan imtina etmişdir. Malayziya və Sinqapur bankları da İran ilə heç bir kommersiya əməliyyatı aparmamaq qərara almışdır. Bənzər qərarlar Avropada da qəbul edilmiş, “İsveçrə Bankları İttifaqı” və “Credit Suisse”, həmçinin Almaniyanın “Deutsche Bank” və “Dresdner Bank” İran ilə kommersiya əməkdaşlığından imtina edir. İtaliyanın Roma şəhərində yerləşən İranın “Sepah” bankının filialı İtaliya Mərkəzi Bankının nəzarətinə verilmişdir. Bu tədbirlər keçən il alınmışdı və o gündən İranın Avropa Birliyindəki əsas iki iqtisadi partnyoru olan İtaliya və Almaniyadan ixracat 16 faizdən də çox azalışdır. İtalyan şirkətlərin xarici bazarda kommersiya fəaliyyətlərini sığortalayan İtaliyanın ixracat və kredit quruluşu “Sacce”, İranda kommersiya fəaliyyəti ilə məşğul olmaq istəyən şirkətlərə kredit verməyəcəyini bəyan etmişdır. “Sacce” şirkətinin dəyərləndirmələrinə görə İranda kommersiya fəaliyyəti ilə məşğul olmaqla əlaqədar risk səviyyəsi, ən yüksək səviyyəsi 7 bal olan ölçəyə görə altıya bərabərdir. Fransada “BNP Paribas” və “L'Union de Credit Agriculteur” bankları öz qapılarını İrana sərmayə qoymaq istəyən müştərilərin üzünə bağlamağa başlamışdır. Baş ofisi Dubayda yerləşən Fujairah Milli Bankı, İrandaki qeyri müəyyən vəziyyət və beynalxalq sanksiyalar səbəbi ilə İranla aparılan heç bir kommersiya əməliyyatlarını maliyyələşdirməyəcəklərini bəyan etmişdir. Bəhreyndə, “Ahli United” bankı hökümətin təzyiqi ilə İranla əlaqələrini dayandırmışdır. Dünya Bankı tərəfindən verilən Tehrana 5.4 milyon ABŞ dollar məbləğində krediti dayandırma qərarı İranın iqtisadiyyatına ağır zərbə endirmişdir. Prezident Əhmədinejad İqtisadiyyat Naziri Davoud Danesh Ja'farini azad edəndən bir həftə sonra iqtisadiyyat və maliyyə naziri vəzifəsinə Hossein Samsamini təyin etmişdir. Samsami 19 apreldən rəsmən vəzifəsinin icrasına başlayıb. Əvvələr o, Nazirlər Kabineti yanında iqtisadi komitənin katibi işləyib və iqtisadiyyat dərsləri verdiyi Tehranın “Şahid Beheshti” Universitetindən iqtisadiyyat doktoru adını alıb. Həm mühafizəkar media quruluşları, həm də islahatçılara canyandıran media quruluşları prezidentin Nazirlər Kabinetində apardığı dəyişikliyi tənqid etmişlər. Tənqidçilər belə tezliklə nazirlərin vəzifələrindən azad edilmələrinin hakimiyyətin effektiv olmadığının dəlaləti olduğunu qeyd edirlər və Əhmədinejadı öz niyyətlərinə aydınlıq gətirməyə cağırırlar. Halbuki, keçən ilin dekabr ayında Əhmədinejad, “doqquzuncu hökümətin icra müddətinin sonuna qədər” Nazirlər Kabinetinin dəyişməyəcəyinə söz vermişdi. Son azad edilmələr isə hökumətdən bir daha heç bir azad edilmə olmayacağına dair bəyanatdan bir neçə gün sonra elan edilib. Aprelin 5-də Gholamhossein Elham Nazirlər Kabinetində gözlənən dəyişikliklər haqqında şayiələrin "Şən Kələklər Günü zarafatı" olduğunu bəyan edib. Oxşar şayiələr isə sonuncu 13 nazir və nazir müavinlərindən səkkizinin vəzifələrindən azad olunmaları ilə nəticələnmişdir. Aprelin 7-də ultra mühafizəkar “Hezbollah” qəzeti hakimiyyəti “ikili məlumat vermə standartlarından” istifadə etməklə ittiham edərək prezident nümayəndələrinin verdiyi bir birinə zidd bəyanlarını "təəccübləndirici" olaraq adlandırmışdır. Hətta Əhmədinejad tərəfdarı Raja News web-saytı Elhamın təkzib bəyanını qınamış və özü özünə zidd gedən hökumətin medianın ağır tənqid fırtınasıyla üzləşməəyə hazır olmasını istəişdir. Aprelin 9-da Əhmədinejad iqtisadiyyatın gücləndirilməsi üçün qəti tədbirlərin zəruriliyi haqqında İran xalqını xəbərdar etdi. O, hökumətin əsaslı iqtisadi dəyişikliklər üçün plan hazırladığını elan etmişdir. Əhmədinejad demişdir ki, “İqtisadiyyatda vacib cərahhiyə əməliyyatına, əsaslı islahatlara hazırlaşmalıyıq”. O, planının “elmi və dəqiq” olduğunu və “planın təfsilatlarının yaxın gələcəkdə xalqa izah ediləcəyinə” dair söz vermişdir. BMT sanksiyaları nəticəsində dünyadaki banklar və kommersiya quruluşları, o cümlədən Çin və Avropada İranla əlaqələrini dayandırırlar. Əhmədinejad bunlara necə cavab verir? O, iqtisadi siyasətini tənqid edən və yeni sanksiyalardan çəkinən nazirləri vəzifələrindən azad etməyə davam edir. Ən azından indi o, hökümətdaxili dəyişikliklərlə iqtisadiyyatın özü özünə dirçəlməyə başlayacağını iddia etmir. Digər tərəfdən prezident, islahatlar aparacağına dair söz verir, ancaq islahatlar haqqında məlumatlar vermir. İranlılar isə yüksək qiymət və işsizlikdən bezar olmuşdur. Həm mühafizəkarlar, həm islahatçılar Əhmədinejadın nəticə verməyən nazir azad etmələrinə təəssüflənirlər. Cari iqtisadi şərait 1978-ci və 1979-cu ildə Şahın iqtisadiyyatına bənzəməyə başlayır. Şahın Beşinci İnkişaf Planı 1970-ci illərdə yüksək inflyasiyaya, korrupsiyanın artmasına, qida və geyim kimi əhəmiyyətli malların bahalaşmasına gətirib çixardmışdı, necə ki, bu gün İranda baş verir. Çox sayılı məlumat göstərmişdir ki, İranlılar %20-ə çatan yüksək inflyasiya artımları, idxal edilmiş və əl çatmaz səviyyəyə gələn qeyim və qida kimi həyati əhəmiyyətli mallarla dolub daşan bazarla üzləşirlər. Qida və geyimin qiymətləri xeyli artmışdır, əsas tikinti materialları isə yerli bazarlarda qıtlaaşmışdır. Əhmədinejadın ziyanlı iqtisadi siyasəti, çox xərcləyən hökuməti və korrupsiya bu dəhşətli vəziyyətə gətirmişdir. İran Mərkəzi Bankının müdiri Tahmasbu Mazaheri yüksək inflyasiya artımlarının qabağını ala bilməmiş ve onun özəl banklar, investisiya şirkətləri sahibləri, inşaatçılar və inşaat şirkətləri ilə əlaqələri haqqında suallar doğurmuşdur. Əhmədinejadın siyasətləri sosial-iqtisadi siniflər arasında uçurumu daha da genişləndirmiş, orta sinifi azaldmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar