SON XƏBƏRLƏR

İran İqtisadiyyatina Kim Zərbə Vurur?

2021.10.20, 07:36
İran İqtisadiyyatina Kim Zərbə Vurur?

Gunaz.tv
İran iqtisadiyyatında baş verən düşüşü xalqın prezident Əhmədinecaddan narazılığına sebeb olur. Fəhlə sinifi və kasıblar hökümətinin onlara etinasız yanaşdığını düşünür, onların qida almaq və icarə haqqını ödəmək üçün pulu yoxdur, hökümətdən yardım gözləmək də faydasızdır. Əhalinin mühafizəkar qrupunun böyük əksəriyyəti prezidentdən narazıdır – onlar prezidentin siyasəti və sərflərinin İrana zərər verdiyini və yaxın gələcəkdə bu vəziyyətin dəyiıməyəcəyini anlayırlar. Əhmədinecad, İranın infrastrukturunun, əsasən də neft emal müəssisələrinin müassirləşdirilməsi zəruriyyətini bir kənara qoyub, Latın Amerikasında zavodların tikintisinə böyük məbləğlər xərcləyir. Sanksiyalar hissedilir dərəcədə iqtisadiyyata zərbə vurur. İran Birləşmiş Millətlər Təşkilatından, Tehran hökümətinin uranın zənginləşdirilmə proqramını dayandırmağı rəddetməsinə cavab olaraq tətbiq edilən sanksiyalar nəticəsində dəyən ziyanı kompensassiya etməsini tələb edir. İslam Respublikasının Xarici İşlər Naziri, Manouchehr Mottaki, bu tələbi yazılı şəkildə, 26 martda BMT baş katibinə göndərdiyi məktubda bildirib. Tehran hakimiyyətinin rəsmi məlumatlarına görə sanksiyalar hər hansı bir təsirə səbəb olmamışır, ancaq Mottaki iyirmi səhifəlik məktubunda sanksiyaların İrana vurduöu “zərərdən” bəhsetməktədir. Mokhtar, adi fəhlə, cənubi Tehranın fəhlə rayonunun tinində dostları ilə söhbət edir. O 2005-ci ildə böyük həvəslə "kasıba kömək etmək" sözü verən Prezident Əhmədinecadın böyük dəstəkçisi idi. İndi Mokhtar aldandığını düşünür və bir daha səs verməyə getməyəcəyibni söyləyir. Mokhtarın sözlərinə görə ailəsi ağır vəziyyətdədir, ancaq o iş tapmaqda çətinlik çəkir. Onun bir otaglı mənzilinin icarə haqqı 50 faiz artmışdır; qida qiymətləri isə əlçatmaz olub. Mokhtar tibbi sığortaya malik deyildir, avtomobil almaq onun üçün luksdur, yaxın zamanda da yəgin ki özünə daha ucuz ev axtarmalı olacaq. Əhmədinecad özünün prezidentliyə namizədliyini irəli sürəndə İranın neft satışlarından əldə edəcəyi böyük gəlirlərdən kasıblara kömək sözü vermişdi. "Mən bu səbəblə ona səs vermişdim, ancaq o sözünü tutmadı – deyir Mokhtar – Mən son dərəcə təəsüf edirəm. Qiymətlər qrtmağa davam etsə, kasıblar daha da kasıblaşacaqsa onun nə faydası?" Prezidenti tənqid edənlər arasında üç tanınmış mühafizəkar xadim bir addım qabağa çıxır - Tehranın meri Məhəmməd Baqer Qalibaf, əvvələr MAGATE ilə İranın nüvə proqramı danışıqlarında nüvə vasitəçisi olan, ancaq Əhmədinecadın bu beynalxalq qurumla danışıqların aparılmasına qarşı çıxmasından sonra istefa edən Əli Larijani və sabiq İnqilab Mühafizəçiləri komandanı Mohsen Rezaie. Onlar prezidentin bir çox qərarı ilə razı deyillər və onları ən çox da Əhmədinecadın iqtisadiyyat siyasətindəki sərflər hiddətləndirir. Prezident, ölkənin real ehtiyaclarını rədd edərək, sevdiyi layihələrə neft gəlirlərini xərcləmişdir. Əhmədinecad təcrübəli vəzifəli şəxslərin yerinə şəxsən özünə sadiq təcrübəsi olmayan insanları gətirmiş, inflyasiyanın sürətli artışına məhəl qoymadan bankların aşağı faiz dərəcələri müəyyən etmələrini əmr edərək İranın bank sistemini məhv etmişdir. Bir zamanlar mer vəzifəsini tutduğu Tehranda Əhmədinecadı faktiki olaraq dəstəkləyən qalmamışdır. "Bizim gördüklərimiz - yalnız artan inflyasiya və qiymətlərdir" deyir cənubi Tehranda meyvə satan 27 yaşında Cavad Sabaghi. Siyasi baxımdan əhalinin ən aktiv təbəqəsi olan tələbələrdir ki, onlar da məyus elub. Onlar içtimayi yerlərdə özlərini sakit və itaətkar aparır, evlərində isə kaçaq peyk antenlerindən istifadə edərək qadağan edilmiş qərb televiziya proqramları ve filmlər izləyir, qadağan edilmiş musiqiyə qulaq asırlar. Onlar qara bazardan spirtli içkilər alır və bağlı qapı arxasında qızlar ilə görüşürlər. İşçilər işlərini itirməyə davam edir və bəziləri açıq etiraz etmək üçün kifayət qədər cəsarə malikdirlər. İran Ofşor Sənaye Şirkəti “Sadra”nın 100-dən çox işçisi 24 Martda Buşer general-qubernatorun ofisinin qabağında nümayiş aksiyası keçirərək, yerli idarə orqanlarından problemlərinin həlli ilə məşqul olmaqları üçün yalvarıblar. İranın Milli İnformasiya Agentliyinin (İRNA) yaydığı xəbərə görə təxminən 120 işçi dözülməz həyat şərtləri haqqında şikayətlənmiş və yerli hökümətin yüksək vəzifəli şəxslərdən problemlərinin həlli üçün yardım istəmişdirlər. İşçilərdən biri bildirmişdir ki, "iş üçün hökumətin ümumi planlarını hesaba alsaq, iqtisadiyyatın bir çox sahəsində fəaliyyət göstərən “Sadra” şirkətinin personalının əmək məşqulluğunu sabitləşdirməyə qadir olmaması fakti təəsüf hissi doğurur”. Adının çəkilməsini istəməyən bu işçi, 18 martda, şirkət başçılarının özlərinin kredit çatışmazlığını elan etdikdən sonra işdən çıxarılıb. Bir başqa işçinin sözlərinə görə, "Sadra şirkəti beş neft yatağını qazma qurğuları ilə təmin edir və işdən azad edilmələr üçün heç bir əsas yoxdur”. “Sadra” şirkətinin işçiləri azad etməsi ilk deyildir. Vəzifəli şəxslərlə danışıqlar aparan başqa işçi bildirib ki, “Sadra tərəfindən işdən azad edilmiş işçilərin sayısı dəqiq olmasa da, azad olunanların hamısı qazma qurğusu emal edən törəmə şirkəti Sadaf və adalar gəmi istehsalı tərsanələrinin işçiləridir. Onun sözlərinə görə "Sadra şirkətinin idarə heyəti işdən azad olunmaların layihələrin sona çatdırılması ilə əlaqədar olduğunu bildirib, ancaq şox saylı podratçı personalı hələ də eyni layihələrdə işləməyə davam edir. Açıqdır ki, Sadra şirkəti idarə heyəti layihələrini özəl podratçılara vermək niyətindədir”. Öz ölkəsinin infrastrukturunu genişləndirmək və yeni iş yerlərinin açılmasını təmin etmək əvəzinə, İran hökuməti neft ixracından eldə etdiyi gəlirlərini xaricdə xərcləyir. Prezident Əhmədinecadın səxavətliliyindən faydalanan ölkələr arasında məsələn Latın Amerikadır. Prezidentin eən sevdiyi layihələrdən biri – Uruqvayda semen zavodunun tikintisidir. Prezident qurban üçün “nefti düyüyə dəyişdirərək” ödəyəcəyini bildirib. İran höküməti həmçinin müəyyən sayda başqa layihələrlə əlaqədar olaraq öz üstünə bəzi öhdəliklər götürüb. Bunlardan biri şimali Nikaraquada maliyyəti 230 milyon ABŞ dolları olan hidroelektrik stansiyanın tikintisidir – bu layihə İran İxracat Bankı tərəfindən maliyyələşdirilir. Bu xəbəri Nikaraquanın energetika naziri Emilio Rappaccioli, 13 Martda milli televiziyanın 2-ci kanalından elanı etmişdi. Rappaccioli bildirib ki, "Tikinti iki tərəf arasında bəzi faktorların həllindən sonra başlayacaq". Hidroelektrik stansiyanın dambasının tikintisi – keçən ilin avqust ayında İranın Energetika Nazirliyinin təmsilçisi Chitchianın Nikaraqua səfəri zamanı Həmid Chitchian və Nikaraqua prezidenti Daniel Orteqa arasında imzalanan saziş əsasında İranın Nikaraquada maliyyələşdirməyi çhdəliyinə götürdüyü bir şox layihədən sadəcə biridir. İran kənd təsərrüfatı avadanlıqları quraşdırma zavodununun tikintisi, 4,000 traktorun alınmasını, dörd hidroelektrostansiya və beş süd emal zavodu, xəstəxana, 10,000 yaşayış evi və Corintonun qərb sahilində iki limanın tikintisini maliyyələşdirəcək. Bunun qarşılığında isə Nikaraqua İrana qəhvə, ət və banan ixrac edəcək. Prezident Əhmədinecad Latın Amerikada yüz milyonlarla dolları təmənnasız olaraq xərcləmişdir. Öz ölkələrində İranlılar işlərini itirir, qidamalları ala bilmir və evlərinin icarələrini ödəyə bilmirlər. Prezident nə düşünür? Bunu heç kəs bilmir, ancaq onun mühafizəkar həmkarları ölkənin tamamən məhv olmasından çekinirlər. Onlar prezidentin zəhərli ritorika əvəzinə diplomatiyadan istifadə etməsini xahiş edirlər. Birləşmiş Millətlər Təşkilatında, İran siyasətçiləri beynəlxalq sanksiyaların İranlılara zərbə vurduğunu, ancaq heç bir vəchlə iqtisadiyyata zərbə endirmədiyini bildirirlər. İndiki halda İranlılar ölkələrinin iqtisadiyyatına vurulan zərər üçün kimə təşəkkür etmələrini bilməlidirlər? http://www.araztm.az/?mod=news&id=38

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar