İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19 13:13

İran- İraq sərhədində koronavirus səbəbindən tətbiq edilmiş qadağaları pozaraq Kərbəlaya getmək istəyənlərlə sərhədçilər arasında qarşıdurma yaşanıb.

Gunaz.tv Quote | Gunaz article

Sosial şəbəkələrdə yayılan videolarda görünür ki, bir qrup zəvvar sərhədçilərin xəbərdarlığına baxmayaraq, Covid-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bağlanmış Şələmçə sərhəd buraxılış məntəqəsindən zorla keçməyə çalışırlar. 


Bu barədə yerli media orqanlarına müsahibə verən Xürrəmşəhr icra başçısı Məhəmməd Heydəri bildirib ki, Şələmcə beynəlxalq sərhəd buraxılış məntəqəsi koronavirus səbəbindən hələ də bağlıdır və insanların ordan İraqa keçməsi qadağandır. 


O iddia edib ki, zəvvarları mövcud vəziyyətdə piyada olaraq Kərbəlaya getməyə təşviq edənlər "inqilaba qarşı olanlar və düşmənlərin işidir". 


İran mediasının məlumatına görə, bundan əvvəl də bir neçə dəfə bir qrup insan iki ölkə sərhədini zorla keçərək Kərbəlaya getmək istəyib, nəticədə onlarla sərhədçi və polislər arasında toqquşma baş verib. 


Yayılan videolarda maska taxmamış və sosial məsafə qaydalarına riayət etməyən həmin şəxslərin dini şüarlar qışqıraraq sərhədlərin bağlanmasına etiraz etdikləri görünür. 


Bu görüntülər sosial şəbəkələrdə kəskin tənqid olunub. İstifadəçilər karantin və tibbi qaydalara riayət etməyən bu cür şəxslərin virusun yayılmasına daha da töhfə verərək özlərinin və digərlərinin həyat və sağlamlığını təhlükə altına atdıqlarını bildiriblər. 


Qeyd etmək lazımdır ki, İraqın Səhiyyə Nazirliyi bir müddət əvvəl Covid-19 infeksiyasının kəskin yayılması səbəbindən xarici vətəndaşların Kərbəlaya ziyarətə gəlməsini qadağan edib. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranlı general: “İran sərhədləri yaxınlığında təkfirçi ünsürlərlə kəskin davranacağıq”

2020-10-28

gun az article

İranda son sutkada daha 415 nəfər koronavirusdan ölüb (Rəsmi statistika)

2020-10-28

gun az article

İran parlamentinin sədri koronavirusa yoluxub

2020-10-28

gun az article

MN: Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

2020-10-28

gun az article

MN: Düşmənin hərbi müqaviləliləri və polis əməkdaşları cəbhəyə getməkdən boyun qaçırır

2020-10-28

gun az article

Ötən gün ərzində Ordumuz tərəfindən məhv edilən düşmən texnikaları açıqlanıb

2020-10-28

gun az article

MN cəbhədə son vəziyyəti açıqlayıb

2020-10-28

gun az article

Amerika Prezidenti Donald Tramp xanımı Melana ilə bərabər təyyarəyə oturarkən jurnalist ona belə sual verib.Azərbaycan və Ermənistan atəşkəsi pozub,məyus olmusuz?

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : Amerika Birləşmiş Ştatlarındakı erməni lobbisinin başında dayanan ANKA yəni Amerikanın Erməni Milli Komitəsi bu ölkədə ən ağır günlərini yaşayır.

2020-10-27

gun az article

İranda koronavirusdan ölənlərin sayı 33 000 nəfəri keçib (Rəsmi statistika)

2020-10-27

gun az article

Amerika İranın neft nazirinə və daha bir neçə İran rəsmisinə qarşı sanksiya qoyub

2020-10-27

gun az article

İranın Yəzd əyalətində 5.2 bal gücündə zəlzələ baş verib

2020-10-27

gun az article

“Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan

2020-10-27

gun az article

Ermənistan ordusunun xeyli sayda hərbi texnikaları sıradan çıxarılıb - RƏSMİ

2020-10-27

gun az article

Müdafiə Nazirliyi cəbhədə son vəziyyəti açıqlayıb

2020-10-27

gun az article

GünazTV Oct.26.2020 : “Azərbaycanla Ermənistan yenidən humanitar atəşkəsə razılaşdı. Bu dəfə ara düzəldən Vaşinqton oldu!”

2020-10-26

gun az article

“İstifadə etsə, “valyutası” da kəllə-mayallaq gedəcək”

2020-10-26

gun az article

Bu kəndlər də işğaldan azad edildi!

2020-10-26

gun az article

Azərbaycan Prezidenti: "Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun"

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük"

2020-10-26