SON XƏBƏRLƏR

İRAN İSRAİLİN HÜCUMA HAZIRLAŞDIĞINA İNANMIR

2021.10.20, 07:36
İRAN İSRAİLİN HÜCUMA HAZIRLAŞDIĞINA İNANMIR

Gunaz.tv
İRAN İSRAİLİN HÜCUMA HAZIRLAŞDIĞINA İNANMIR Əli Laricani: “Biz Qərb mediasında bu tipli xəbərlərlə çox rastlaşmışıq” 16.jpg İran İsrailin bu ölkəyə qarşı hava əməliqyatlarına hazırlaşdığı haqda Qərb mətbuatında yer alan xəbərlərə inanmır. İran parlamentinin spikeri Əli Laricani bəyan edib ki, bu tipli xəbərlər təbliğat və psixoloji müharibə məqsədi daşıyır: “Biz Qərb mediasında bu tipli xəbərlərlə çox rastlaşmışıq. Onların hamısı inandırıcı olmaqdan uzaqdır və İranı qorxutmaq məqsədi daşıyır. Bununla belə, hər kəs yaxşı bilməlidir ki, İran hər cür müharibəyə hazırdır. Əgər onlar heç də doğru olmayan bu yola əl atsalar, bizdən çox özləri zərər görəcək”. Xatırladaq ki, İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq gördüyü haqda “The New York Times” qəzeti yazıb. Qəzetin yazdığına görə, bir neçə həftə əvvəl İsrail hava qüvvələri İrana hücum üçün məşq keçib. Bu xəbərlərlə bağlı BMT-nin Atom Enerjisi Agentliyinin direktoru Məhəmməd əl-Baradeyi bildirmişdi ki, əgər İrana qarşı hərbi əməliyyatlar başlasa, o vəzifəsindən istefa verəcək. İran hökumətinin sözçüsü, ədliyyə naziri Qulamhüseyn İlham isə İsrailin hücuma hazırlaşdığı haqda xəbərlərlə bağlı deyib ki, bu xəbərlər “sionist rejimin” təhlükəli bir rejim olduğunu, bölgədə sülhü və təhlükəsizliyi təhdid etdiyini göstərir. Q.İlham bildirib ki, Qərb mediasında bu cür xəbərlərin yayılmasına baxmayaraq, İsrailin İrana hücum etməsi ehtimalı yoxdur: “Onlar buna cəsarət edə bilməzlər, əgər axmaqlıq edib belə hərəkət etsələr, ən ağır cavabı alacaqlar”. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar