SON XƏBƏRLƏR

İran korrupsiyanın kəskin yayıldığı 180 ölkə içərisində 138-ci yerdə qərarlaşıb

2021.10.20, 07:36
İran korrupsiyanın kəskin yayıldığı 180 ölkə içərisində 138-ci yerdə qərarlaşıb

Gunaz.tv

GünAz TV: “Beynəlxalq Şəffaflıq Təşkilatı”nın korrupsiyalaşmış ölkələrlə bağlı 2018-ci il üçün hazırladığı reytinq cədvəli yayımlanıb. Cədvəldə İran 180 ölkə içərisində 138-ci yerdədir.

 

“Beynəlxalq Şəffaflıq Təşkilatı” hər il dünya ölkələrində rüşvətxorluqla bağlı hesabat yayımlayır. Bu hesabatda korrupsiya göstəricisi 1-dən 100-ə qədər olan xallarla ifadə olunur. 0 xal kəskin korrupsiyalaşmış ölkələr üçün, 100 isə “şəffaf” ölkələr üçün nəzərdə tutulub.

 

İranın xalı 2018-ci ildə 27 olub, halbuki bu rəqəm 2017-ci ildə 30 idi. Bu isə 1 il ərzində ölkədə rüşvətxorluğun daha da yayıldığını nümayiş etdirir. Bu rəqəm 2016-cı ildə 29, ondan bir il öncə isə 27 olub. İran korrupsiya cədvəlində də dünya ölkələri arasında geriləyib. Belə ki, İran 2018-ci ildə korrupsiyanın ən çox yayıldığı ölkələr sırasında geriləyək, 138-ci yerdə qərarlaşıb. Halbuki bu göstərici 2017-ci ildə 130, 2016-ci ildə isə 131 olmuşdu. Bu isə ölkədə iki il ərzində rüşvətxorluğun daha da geniş vüsət aldığını göstərir.

 

Korrupsiyalaşmış ölkələrlə bağlı xallar dövlət rəhbərləri və ölkələrin idarə formalarının araşdırılması, iş adamları və ölkənin ictimai-siyasi həyatında söz sahibi olan şəxslərin fikirlərini öyrənməklə hesablanır. Buna görə Təşkilatın tərif verdiyi korrupsiyada maddi və şəxsi maraqları təmin etmək üçün siyasi mövqe və vəzifədən sui- istifadə etmək nəzərdə tutulur. 

 

Mərkəzi ofisi Berlində yerləşən “Beynəlxalq Şəffaflıq Təşkilatı” korrupsiya ilə mübarizə üçün zəruri olan mexanizmlərin huqiqi təftiş üsulları, qanunun icrasının imkan dərəcəsi, müstəqil media və fəal vətəndaş cəmiyyəti kimi amillərin olduğunu vurğulayır.

 

Dünya ölkələri içərisində ən şəffaf ölkələr 88 xalla 1-ci yerdə Danimarka, 2-ci yerdə Yeni Zellandiya, 3-cü yerdə isə Finlandiya, Sinqapur, İsveç və İsveçrədir. Bu ölkələr içərisində yalnız Sinqapur demokratik idarəetmə sisteminə malik deyil. Sinqapur “Sərhədsiz Reportyorlar Təşkilatı”nın hesabatında İfadə azadlığı baxımından 151-ci yerdə olsa da, lakin korrupsiyanın ən az olduğu ölkələr içərisində 3-cü yerdə qərarlaşıb.

 

Korrupsiyanın ən çox yayıldığı ölkə isə 180-cı yerdə qərarlaşan Somalidir. Ondan sonra isə növbə ilə Suriya, Cənubi Sudan, Yəmən və Şimali Koreya gəlir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar